adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyun 2019 15:09
8932
GÜNDƏM

Nazir “Son zəng”lə bağlı əmr verdi

İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq.


Adalet.az xəbər verir ki, təhsil naziri Ceyhun Bayramovun bununla bağlı imzaladığıəmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan "Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilib.


Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən "Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsiz­liyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.