adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Iyul 2019 11:45
8819
MƏMLƏKƏT

Nazir müavini: Hakimlərin daha yüksək maaş alması imkandan asılı olan məsələdir

Ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycanda məhkəmə hakimlərinin daha yüksək maaş alması ilə bağlı təkliflərə münasibət bildirib.

Trend-in məlumatına görə, A.Cəfərov deyib ki, "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, hakimlərin maaşı müəyyən qədər artırılır.

Nazir müavinin sözlərinə görə, Azərbaycan hökuməti bu cür addımları mütəmadi atır: "Təbii ki, bu, imkandan asılı olan məsələdir. Yəni ölkənin iqtisadiyyatı inkişaf etdikcə, belə məsələlərə baxılacaq".