adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 May 2019 12:53
5935
GÜNDƏM

Nazir müavini: Azərbaycanda qadın sahibkarlığı dövlət tərəfindən dəstəklənir

Azərbaycanda sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir və qadın sahibkarlığı bu gün ölkədə böyük dəstək alır.

Bu barədə Bakıda keçirilən Qadın Sosial Sahibkarlıq Forumunda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.

O bildirib ki, ölkə iqtisadi cəhətdən inkişaf etdikcə qadın sosial sahibkarlığı sahəsində yeni istiqamətlərin inkişafı üçün imkanlar yaranır:

"İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılması dövlətin sosial-iqtisadi strategiyasının əsas istiqamətlərindəndir”.