Nazir müavini: “30-dan artıq müəssisədə vergi postları qurulub”
"2017-ci ilə nisbətən 2018-ci ildə səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Ötən il ümumilikdə 1500-dən artıq vergi yoxlaması aparılıb".
Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov sahibkarların vergi yoxlamaları zamanı baş verən özbaşınalıqlarla bağlı suallara cavab olaraq bildirib.
S.Ələkbərov qeyd edib ki, spirtli içkilər sahəsinə diqqət artıb, bunun da səbəbi vergidən yayınma hallarının çox olması ilə bağlıdır. Nazir müavini qeyd edib ki, aksizli mallarla bağlı çoxlu narazılıq və narahatlıq var idi:
"Ötən ilin avqust ayından başlayaraq 30-dan artıq müəssisədə postlar qurulub və bu günə qədər onların işi davam edir. Bu sahədə nizam- intizam yaradılmayana qədər proseslər davam edəcək. Sahibkarlar şərab adı ilə araq istehsal edir və şərabın aksizini verir. Bu adla vergidən böyük yayınmalar var idi. Bu sahədə yoxlamaların keçirildiyi 6 ay müddətində vergidən yayınma ilə bağlı 3.5 - 4 dəfə artım müşahidə edilir. Ödəyicilər var ki, elektron qaimə faktura verməməyə çalşırlar və vergidən yayınırlar".
Nazirlik rəsmisi problem kökündən həll olunanadək prosesin davam edəcəyini vurğulayıb.(modern.az)
Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41