Nazir: Azərbaycanda məhsuldarlıq bu il daha yüksək olub

Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib.
Bunu Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində əsas məsələ düzgün texniki təminatın həyata keçirilməsi olub:
"Belə ki, hər il fermerlərimiz bu sahə ilə bağlı çoxsaylı müraciətlər ediblər. Amma dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib. Bununla yanaşı, hazırda qarşımızda duran əsas vəzifə pambıqçılığın inkişafı ilə bağlıdır. Pambığın tədarükü növbəti aydan - sentyabrdan başlayacaq. Həm texnika, həm də gübrə ilə tam təminat üçün işlər həyata keçiriləcək.
Qarşımıza qoyduğunuz əsas vəzifələrdən biri elektron kənd təsərrüfatının təşviqidir. Hazırda artıq 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib. Gələn ilin yanvar ayında artıq subsidiyaların verilməsi tam elektron formada həyata keçiriləcək. Elektron kənd təsərrüfatı sistemi, həmçinin imkan verəcəkdir ki, biz əvvəlcədən fermerlərimizin əkinlərini planlaşdıraq və proqnozlaşdıraq. Belə ki, fermerlərimiz mütləq qaydada öz əkin planlarını elektron kənd təsərrüfatında bəyan etməlidirlər.
Bununla yanaşı, Sizin tərəfinizdən həyata keçirilən digər vacib islahat yeni subsidiya sistemi ilə bağlıdır. Hazırda subsidiya sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri həyata keçirilir. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə veriləcək. Bu da, ilk növbədə, məhsuldarlığın, məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına və bizim kənd təsərrüfatı sahəsində ixrac potensialımızın yaxşılaşdırılmasına imkan verəcək”.
Digər Xəbərlər

Qurbanlıq heyvanlar bu ünvanlarda kəsiləcək

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Azərbaycanda cərimələrə 10 faizlik güzəşt tətbiq ediləcək

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik olacaq

Qurban bayramı ilə bağlı heyvan kəsimi məntəqələrinə xəbərdarlıq

Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası dəyişir

12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur - VİDEO
