12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur - VİDEO
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən başlanğıcını Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 137-ci km-dən götürən Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun yenidən qurulmasına işlərinə başlanılıb.
Agentlikdən Adalet.az-a verilən məlumata görə, 7 minə yaxın əhalinin istifadə etdiyi Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun uzunluğu 36.3 km təşkil edir. 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir, yolların eni 10 metrə qədər genişləndirilir.
Hazırda layihə üzrə yol boyu torpaq işləri, hamarlanma, genişləndirmə işləri görülür. Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. Layihə çərçivəsində suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi də icra olunacaq.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılmaqla sözügedən yollar müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə aparlır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun yenidən qurulması ilə rahat gediş-gəliş təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa əsaslı şəkildə yenidən qurulmuş yollarla əhalinin yetişdirdiyi məhsulların tez və xarab olmadan bazarlara çıxışı təmin olunmaqla kənd təsərrüfatının inkişafına, əlavə turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq. Bu isə marşrut boyu yaşayan əhalinin sosial-rifah halına müsbət təsir etmiş olacaq.
Digər Xəbərlər
17 Mart 2026 13:32
Uşaqlara qarşı aqressiv davranışın qarşısını almayanlar cərimə olunacaq
17 Mart 2026 13:31
Dilənçiliklə məşğul olanlar cərimə ediləcək
17 Mart 2026 13:13
Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 5 ilədək həbs ediləcək
17 Mart 2026 13:09
Böyük qayıdış: Daha 368 nəfər doğma yurda döndü - YENİLƏNİB
17 Mart 2026 12:07
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi
17 Mart 2026 11:47
Dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə ediləcək
17 Mart 2026 11:47
Çöküntü və süxurların istifadəsinin hüquqi əsası yaradılır
17 Mart 2026 11:42


Bakı -°C

