Nazarbayevdən Rusiya və Türkiyəyə çağırış
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Su-24 təyyarəsi ilə bağlı insidentlə əlaqədar birgə komissiyanın yaradılmasına çağırıb.
Bu barədə RİA "Novosti" xəbər verib.
"Nə qədər çətin olsa da, hesab edirəm ki, birgə araşdırıcı komissiya yaradılmalı, araşdırma aparılmalı, günahkarlar müəyyən edilərək cəzalandırılmalıdır, səhvlər etiraf, münasibətlər isə bərpa edilməlidir. Mən Rusiya və Türkiyədəki dostları buna çağırıram”, deyə N.Nazarbayev bildirib.
Qazaxıstan prezidenti qeyd edib ki, o, baş nazir S.Dəmirəl və prezident B.Yeltsinin vaxtından uzun illər Rusiya və Türkiyənin mövqelərini yaxınlaşdırmaq üçün çalışıb. "İndi isə bu səylər boşa çıxa bilər”, deyə N.Nazarbayev vurğulayıb.
Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41