Naxçıvanla maneəsiz əlaqə regiona faydalı olacaq - Türkiyə Milli Təhlükəsizlik Şurası

Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz daşımalara imkan yaradacaq nəqliyyat əlaqəsi əhəmiyyət kəsb edir və regionun bütün ölkələri üçün faydalı nəticələr doğuracaq.
Adalet.az xəbər verir ki, bu fikir Türkiyə Milli Təhlükəsizlik Şurasının sentyabrın 30-da Ankarada keçirilən iclasının yekunlarına dair bəyanatda öz əksini tapıb.
Təhlükəsizlik Şurasının üzvləri Türkiyənin Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətindəki iradəsini vurğulayıblar.
İclas iştirakçıları Ermənistanla normallaşma prosesi ilə yanaşı, Yaxın Şərqdəki vəziyyəti, Kipr, Suriya, İraq və Ukrayna-Rusiya müharibəsi kimi məsələləri də diqqət mərkəzində saxlayıblar.
Digər Xəbərlər

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR + YENİLƏNİB

Mattarella: İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir...

Sercio Mattarella:Ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk

Prezident: Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır

Prezident: İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib

İlham Əliyevin Sercio Mattarella ilə geniş tərkibdə görüşü keçirilib - FOTOLAR+ YENİLƏNİB

İlham Əliyev: TAP-ın, Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır
