Naxçıvanda MAXE qəbulu elan edildi
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılıb.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sənəd qəbulu fevralın 15-dək saat 09:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində həyata keçiriləcək.
"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş ("Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə), "q" bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilir.
Vurğulanıb ki, müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Əlahiddə Ümumqoşun Ordunun ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.
Digər Xəbərlər
14 Yanvar 2026 14:48
Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib
14 Yanvar 2026 12:16
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
14 Yanvar 2026 11:17
Ağdərənin Çıldıran kəndində daha 30 evin bərpası planlaşdırılır
14 Yanvar 2026 11:12
Erməniləri Qaragöldə xidmət yerinə Azərbaycan əsgərləri buraxır - Nazirdən etiraf
14 Yanvar 2026 10:56
Ahıl və tənha vətəndaşlar dələduzların hədəfindədir - DİN çağırış edir
14 Yanvar 2026 09:55
Yol polisi hava ilə bağlı xəbərdarlıq etdi
14 Yanvar 2026 09:46
ADY hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyət göstərir
13 Yanvar 2026 19:06


Bakı -°C

