Naxçıvanda içməli su təminatı ilə bağlı icraçı qurumların yerləri dəyişdirilib
Prezident İlham Əliyev 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib.
Adalet.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Proqramının Tədbirlər Planında rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının artımı ilə bağlı tədbirlər görülməsi üzrə əsas və icraçı qurumların yerləri dəyişdirilib.
Əsas icraçı qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, digər icraçı qurum isə Naxçıvanın Nazirlər Kabineti müəyyən edilib.
Digər Xəbərlər
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18


Bakı -°C

