Naxçıvanda hərbi sursatlar tapıldı
Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonu, Yeni Kərki və Qabıllı kəndləri ərazisində hərbi sursatlar aşkar edilib.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Naxçıvan MR FHN-in pirotexnikləri hadisə yerinə cəlb olunub.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd PQ-2 40 mm-lik qumbaraatan mərmisi, 1 ədəd 85 mm-lik BR-365 yivli top mərmisi, 1 ədəd 76 mm-lik B-350 zirehdələn top mərmisi, 1 ədəd 23 mm-lik OFZT yivli zenit top mərmisi və 1 ədəd RPG-7 qumbaraatan mərmisinin başlıq hissəsi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər Xəbərlər
18 Dekabr 2025 12:42
Qusarda qadın əri tərəfindən öldürüldü - YENİLƏNİB
18 Dekabr 2025 11:13
Özlərini jurnalist kimi təqdim edib pul tələb etdilər - Polis saxladı
18 Dekabr 2025 10:33
Saxta sənədlər hazırlayaraq vətəndaşlara qarşı dələduzluq etdi
17 Dekabr 2025 13:38


Bakı -°C

