adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
13 Mart 2024 17:52
2244
ELM VƏ TƏHSİL

Naxçıvanda direktor işdən çıxarıldı

Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru işində yol verdiyi nöqsana görə vəzifəsindən azad olunub.

Adalet.az xəbər verir ki, Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğu və eyni zamanda fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün vəzifədən kənarlaşdırılıb.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.