adalet.az header logo
  • Bakı -°C
20 Aprel 2026 17:51
82
MƏMLƏKƏT
A- A+

Naxçıvanda çaylardan sel keçdi

Naxçıvanda çaylardan sel keçib.

Adalet.az xəbər verir ki, muxtar respublika ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri qeydə alınıb.

Məlumata görə, Naxçıvançay (Qarababa), Gilançay (Nurgüt) və Ordubadçay (Nüsnüs) hidroloji məntəqələrində aparılan müşahidələr zamanı çaylarda sel sularının keçməsi qeydə alınıb. Yağıntıların intensivliyi çay hövzələrində axımın sürətlə artmasına səbəb olub. Nəticədə bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli sel daşqınları müşahidə olunub. Mövcud hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artması ehtimalı qalmaqdadır.