Azərbaycan-Türkiyə hərbi təhsil sahəsində inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə söykəndiyini vurğulayaraq, bu əlaqələrin digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də inkişafının vacibliyini qeyd edib.
Bildirilib ki, hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən professor T.Canbolat hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
17 May 2026 21:11
"WUF13 Prezident İlham Əliyevin ideya və həll yollarını dinləmək üçün yaxşı imkandır" - Vuçiç
17 May 2026 21:00
Mirziyoyev Azərbaycana gəldi - FOTO
17 May 2026 19:31
Qırğızıstan Prezidenti Azərbaycana gəldi
17 May 2026 19:00
İlham Əliyev Vuçiçlə görüşdü - YENİLƏNİB + FOTOLAR
17 May 2026 18:20
"Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır" - Vuçiç
17 May 2026 18:10
Prezident BƏƏ-li naziri qəbul etdi - FOTOLAR
17 May 2026 17:46
Mavriki Prezidenti Azərbaycana gəldi - FOTO
17 May 2026 17:39


Bakı -°C

