Naxçıvanda pensiyalar vaxtından əvvəl verildi
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, pensiyaçıların şəxsi hesablarına 11 milyon 650 min 108 manat köçürülüb.
Adalet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, hesabat ayında fondun gəlirləri 4 milyon 898 min manat proqnoza qarşı 6 milyon 904 min 170 manat həcmində yerinə yetirilib və proqnoz tapşırıqlara 141 faiz əməl olunub. Həmçinin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 100 vətəndaşa əmək pensiyası təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 iyun tarixli Fərmanına uyğun olaraq müvafiq kateqoriyadan olan əmək pensiyaçılarının pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanaraq artırılıb.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27