adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Oktyabr 2017 13:25
10710
GÜNDƏM

Naxçıvanda daha bir publik hüquqi şəxs yaradıldı

Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində "Yaşıl Bağ” publik hüquqi şəxsin yaradılması haqqında sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, sərəncama əsasən Naxçıvan Şəhər İcra Hakimiyyəti "Yaşıl Bağ” publik hüquqi şəxsin nizamnaməsini təsdiq edəcək və fəaliyyətinin qurulması üçün zəruri tədbirlər görəcək.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə
nəzərdə tutulan publik hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını təmin etməsi tapşırılıb.