adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Dekabr 2019 18:00
22399
SİYASƏT

NATO-nun yubiley sammiti

NATO üzvü olan ölkələrindövlət və hökumət başçılarının qurumun 70 illiyi ilə bağlı dünən Londonda özişinə başlayan sammitinin gərginatmosferdə keçəcəyi əvvəlcədən məlum idi. Hələ görüş ərəfəsində liderlərinbir-birlərinin və bütövlükdə hərbi blokun ünvanına yağdırdıqları ittihamlardan,müttəfiqlik münasibətləri bir yana, heç adi siyasi davranış qaydalarınasığmayan təhqiramiz ifadələrdən dəbəlliydi ki, yubiley sammitindəbayram ab-havasından əsər-əlamət olmayacaq.

Bəzi regional vədekorasiya xarakterli hərbi ittifaqları nəzərə almasaq, artıq dünyanın yeganə hərbiblokuna və bir nömrəli güc mərkəzinə çevrilmiş bir təşkilatın içindəki bu cürmünasibətlərin səbəbləri haqqında çox danışmaq olar, ancaq ən əsas səbəb bizcəVarşava Paktının (oxu: SSRİ-nin) dağılması ucbatından onun meydanda tək qalaraqget-gedə rəqabət qabiliyyətini itirməsiylə bağlıdır. Çünki təbiətdə olduğu kimicəmiyyətdə də sağ qalmağın, inkişaf etməyin, güclü olmağın ən başlıca şərti rəqabətdir.Təsadüfi deyil ki, təyinatından və mahiyyətindən asılı olmayaraq istənilənquruma yönəlik kənar təhdidlər səngiyər-səngiməz iç didişmələr meydan sulamağabaşlayır.

Şimali Atlantikablokunun ilk baş katibi olmuş ingilis generalı İsmey Qastinq vaxtilə rəhbərliketdiyi alyansın yaranma səbəbini çox lakonik və poetik formada ifadə eləmişdi:"NATO-nu yaratmaqda məqsəd rusları qıraqda, amerikalıları içəridə, almanlarısaaltda saxlamaqdır”.

Poetika öz yerində, ancaq NATO-nun Avropanı Sovet təhlükəsindənqorumaq üçün yaradılmış bir hərbi qurum olduğu heç kimə sirr deyil. Zaman-zamanonun əsas vəzifələrini müəyyənləşdirən formullar müxtəlif fomalarda ifadə edilsədə, mahiyyətcə eyni olaraq qalıb. Məsələn, 2010-cu ildə bu formul təhlükəsizliyintəminatının əməkdaşlıq yoluyla qorunması konsepsiyası səviyyəsinədəkyumşaldılmış, ondan beş il sonra əsas təhlükə mənbəyi kimi göstərilən "SSRİ-nin təcavüzü” kəlməsi"Rusiyanın qəfil hücumu” ifadəsiylə əvəzlənmiş, daha bir il sonrasa Rusiyabütövlükdə NATO üçün əsas təhlükə mənbəyi sayılaraq onun qarşısını almaqqurumun əsas missiyası elan edilmişdi. Yəni, təxminən soyuq müharibə dövründəkiritorikaya qayıdılmışdı.

Bu formullar Putinin məşhur"Münhen nitqi”nin ruhuna uyğun olaraq bucür tez-tez dəyişdirilib cilalansa da, onların heç biri situasiyanı İsmeyQastinqin yuxarıdakı klassik tərifindən dəqiq ifadə eləmək gücündə olmayıb. Rusiyanın NATO-nun içinəgirmək ehtimalının yeni əsrin əvvəllərindən başlayaraq ölü doğulmuş bir ideyakimi birdəfəlik tarixin arxivinə gömülməsindən sonra məlum oldu ki, Mockva elədaimi olaraq bu qurumdan qıraqda qalacaq. Amerikaya gəlincə, onun bundan sonrada öz vəsaiti hesabına Avropanın cangüdəni missiyasını yerinə yetirməyə həvəsliolmaması barədə Trampdan ard-arda gələn giley-güzar dolu açıqlamalarınınalyansın yüksək çinli məmurları və ABŞ-da adına dərin dövlət deyilən bir nəsnətərəfindən sərt təpkiylə qarşılanması isə göstərdi ki, NATO durduqca rəsmiVaşinqton da daim onun içində oturub qalasıdır. Dəyişən tək şey Almaniyanınaltdan üstə çıxmasıdır. Onun təzədən öz yerinə qayıtması bu ölkədə gündən-günəboy atan radikal sağçıların hökumət başına gəlməsi, özü də hansı havayla gəlməsindənasılı olacaq.

Hazırkı mərhələdə qurumüzvləri arasındakı konkret fikir ayrılıqları ilk növbədə Fransa prezidentininRusiyaya qarşı sərgilədiyi fərqli münasibətdən qaynaqlanır. Onun "indi NATOüçün əsas təhlükə Rusiya və Çin yox, beynəlxalq terrorizmdir” açıqlaması hərbipartnyorlarını əməlli-başlı qıcıqlandırıb. Bu azmış kimi NATO-nu beyinölümü keçirmiş meyitə bənzətməsi dəaranı lap qarışdırıb. Türkiyə prezidenti R.T. Ərdoğanın həmkarına cavab olaraqsöylədiyi "NATO yox, Makron özü beyin iflici keçirib” sözləri əks tərəfdə təhqirkimi dəyərləndirildiyi üçün iki ölkə arasında əsl diplomatik qalmaqal yaranıb.Fransa prezidentinin bu ifadəsi Trampın da xoşuna gəlməyib və məsələyə təxminən Ərdoğanın ritorikasınauyğun şəkildə münasibət bildirib. Makronun alyansa hörmət etməməkdəgünahlandıran, onun beyin iflici bənzətməsini "murdar” adlandıran ABŞ lideridaha sonra sözünə davam edərək "Mən Fransanın NATO-dan çıxmasını təsəvvür edirəm.Mən onun (Makronun) üzünə baxıb görürəm ki, onun müdafiə olunmağa ehtiyacıvar”- deyə sarkazmından da qalmayıb.



Makronun qeyri-etikaçıqlamasına sərt münasibət sərgiləyən Trampın özü də zaman-zaman təşkilathaqqında xoşagəlməz ifadələr işlətməkdə xəsislik etməsə də daha fransız həmkarıkimi ağını çıxartmayıb. Hələ bir müddət əvvəl müttəfiqlərini alyansın büdcəsinə az pul ödəməkdə vəAmerikaya yük olmaqda günahlandıran prezident öz "tvit”ini bu suallatamamlamışdı: "Ünumiyyətlə, bu NATO ABŞ-a lazımdırmı?” Məhz bu ritorik sualAvropa ölkələrinin canına vəlvələ salmış və başa düşmüşdülər ki, artıq bundansonra okeanın o tayındakı partnyorları heç də əbədi olaraq onların nazıylaoynamaq fikrində deyil.

Son dövrlərdəNATO ilə əsas fikir ayrılıqları yaşayan ölkələrdən biri də Türkiyədir. Ərdoğanhaqlı olaraq terrola mübarizədə öz müttəfiqini qoyub terrorçuları müdafiə edənbir qurumu öhdəliklərinə əməl etməməkə günahlandıraraq Türkiyənin bunu cavabsızqoymayacağını, alyansın Polşanı və Baltik ölkələrini müdafiə etmək planınaqarşı çıxacağını bildirir.

Yeri gəlmişkən:İndi Türkiyəni müttəfiqlərdən incik salanPKK terror təşkilatını vaxtilə Türkiy dövlətini parçalamaq naminə elə Moskvayaratmış və silahlandırmışdı. Onda müttəfiqləri, xüsusilə ABŞ rəsmi Anqaranınyanındaydı və PKK-nı da terror təşkilatı kimi tanımışdı. İndi nə oldu? Nədən həmintəşkilatın uzantısı olan PYD-YPG birdən-birə milli-azadlıq hərəkatının mücahidlərinəçevrildilər? Daha SSRİ yoxdur deyə onun tör-töküntülərinə sahiblənib onlardanöz müttəfiqinə qarşı istifadə eləməyi hansı siyasi əxlaqın adına yazmaqmümkündür? SSRİ yoxdursa, onu dirçəltmək istəyən və bu niyyətiylə Qərbin NATOgenişlənəndən sonra əmələ gəlmiş yeni tərəfdarlarının yuxusuna haram qatanPutin var. Ərdoğan nədən bu kartdan istifadə etməsin?!

Rəsmi AnqaranınNATO ilə problemləri təkcə müttəfiqlərinin terrorla mübarizədə onu təkqoymasından qaynaqlanmır, Türkiyənin Rusiya ilə strateji əkəkdaşlıq səviyyəsinəqədər dərinləşən münasibətləri, konkret desək, Moskvadan S-400 hava hücumundanmüdafiə sistemləri alması da ABŞ-ın və bütövlükdə NATO-nun sərt təpkiləriyləqarşılanıb. Halbuki, elə Trampın özünün də etiraf etdiyi kimi onu bu addımıatmağa öz müttəfiqinə "Patriot” sistemlərini satmayan ABŞ-ın özü vadar etmişdi.

90-cı illərinortalarından başlayaraq kommunizm rejimindən azad olmuş ölkələrin NATO-yaqoşulması məsələsi gündəmə gələndə bu təkcə Rusiyada yox, Qərbin özündə də müəyyənetirazlarla qarşılanmışdı. ABŞ-la Rusiya arasında, sadə dildə desək, SSRİ-nindağıdılmasıyla bağlı gedən danışıqlarda heç vaxt belə addımlar atılmayacağı barədəöhdəliklər götürülsə də SSRİ-nin birdəfəlik olaraq siyasi səhnədən silindiyieyforiyasını yaşayan Qərb siyasi dairələri sonradan sözlərinin üstündədurmadılar və alyansı düz Rusiyanın burnunun ucuna kimi uzatmaq xətti yeritdilər.

Ötən əsrin 40-cı illərindəABŞ-ın Rusiyada səfiri işləmiş Con Kennan adında bir diplomatı olub. Onun adıtarixə dünyanın ən uzun teleqramının müəllifi kimi düşüb. 1946-cı ildəMoskvadan Vaşinqtona göndərilənhəmin "ən uzun teleqramda” müharibədən sonraStalinin yeritdiyi siyasətin əsas cizgiləri və mahiyyəti çox dəqiq və konkrettezislərlə əks olunmuşdu. Yəni, Rusiyanı yaxşı tanıyan, onun daxili siyasi mətbəxinəvə adamlarının psixologiyasına dərindən bələd olan birisi olub. 90-cı illərinsonlarında həmin Con Kennan NATO-nun şərqə doğru genişləndirilməsinə qarşıçıxmış və bunu "soyuq müharibədən sonra Amerika siyasətinin ən dəhşətli səhvi”adlandırmışdı. Kennanın fikrinə görə bu addım Rusiyada millətçiliyialovlandıracaq və Qərbə qarşı qatı düşmənçilik ovqatı yaradacaq. Necə demişdi,elə də oldu. Məhz cəmiyyətdəki bu ovqatRusiyanı Qorbaçov-Yeltsin kursundan antiqərb istiqamətinə yönləndirmək yolunda Putinin ən böyük silahına çevrildi vəo heç bir sosial- iqtisadi problemi həll olunmayan toplumu patriotik hisslərinsehrinə salıb onun mütləq dəstəyini qazanaraq ölkəni yenidən köhnə məcrasına doğrusürükləmək kursu götürdü.

İndi Rusiyadangözlənilən bu potensial təhlükə onun keçmiş, NATO-nunsa hazırkı müttəfiqlərininbir nömrəli başağrısına çevrilb. Hazırda qərbin siyasi kuluarlarda "ikinciNATO” adlandırılan bu ölkələrin bir çoxu Rusiya ilə münasibətlərin kəskinləşməsindəmaraqlı deyillər ki, bu da alyansdakı fikir ayrılıqlarını xeyli dərinləşdirir.

Düzdür, istənilənhalda keçmişi olduğu kimi yenidən dirçəltmək və geri qaytarmaq mümkün iş deyil.Putinin bütün canfəşanlıqlara rəğmən Rusiyadanyeni bir SSRİ düzəldəcəyi ehtimalı sıfıra yaxın olsa da, əvəzində onuyolayrıcında aldatmış Qərbə əməlli-başlı problemlər yaradacağı, qayğılarınıçoxaldacağı, ən azından müttəfiqlərinin maraqlarını qorumaq yolunda onu kalan xərcəsalacağı heç kimdə şübhə doğurmur. Nə qədər zəngin olmasına baxmayaraq "qəpik dəpuldur” stereotipinin hökm sürdüyü ölkələr üçünsə bu heç də zəif şapalaq deyil.

M. Məmmədov