NATO Bakıda təlim keçirir
Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Birgə əməliyyat və qiymətləndirmə” mövzusunda təlim kursu keçirilir.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a məlumat verilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasda keçirilən tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara "NATO-nun hərbi strukturu”, "NATO-da hərbi tərəfdaşlıq”, "Əməliyyat planlaşdırma prossesi”, "Əməliyyatların qiymətləndirilməsi”, "Məlumatların toplanılması və təhlili” və digər mövzular barədə məlumatlar verilir, eləcə də müxtəlif məşğələlər təşkil edilir.
Dekabrın 8-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.