Nasaz nəqliyyat vasitələri sahiblərinin NƏZƏRİNƏ
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən may ayının 15-dən iyun ayının 15-dək ölkə ərazisində “Təmiz hava” aylığı tədbiri həyata keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar edilməsi və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir.
Sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrindəki avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələri xahiş olunub.
Digər Xəbərlər
02 Oktyabr 2026 18:21
Bu yollarda sıxlıq var - SİYAHI
01 Oktyabr 2026 09:58
FHN-dən elektrik doldurma qurğuları ilə bağlı - Müraciət
01 Oktyabr 2026 09:05
Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
29 Sentyabr 2026 16:58
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
29 Sentyabr 2026 10:45
Azərbaycanda bu maşınlar sürətlə azalır
29 Sentyabr 2026 10:03
“Çin istehsalı olan elektrik avtomobillərə yüksək tariflər tətbiq edirlər”
28 Sentyabr 2026 09:00
Bakının bu yollarında tıxac var - SİYAHI
22 Sentyabr 2026 14:04


Bakı -°C

