NASA-dan ilk: kosmik sualtı qayıq Titana göndərilir
NASA mütəxəssisləri Vaşinqton Dövlət Universitetinin alimləri ilə birlikdə kosmik sualtı qayıq hazırlayırlar.
Bu kosmik sualtı qayıq Saturn planetinin peyki olan Titanın karbohidrogen ehtiyatlarının öyrənilməsi üçün istifadə olunacaq.
Qeyd edək ki, Titan səthində maye saxlamaq qabiliyyətinə malik olduğu üçün tədqiqatçıların marağına səbəb olub. NASA hazırlanacaq qayığı önümüzdəki 20 il ərzində Titana göndərməyi planlaşdırır.(axar.az)