Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - VİDEO
Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Adalet.az xəbər verir ki, sonuncu tədbir zamanı rayon ərazisində “Chevrolet” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Ceyhun Qurbanov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına və polisin qanuni tələbinə əməl etmədiyinə görə saxlanılıb.
Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı C.Qurbanovun narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Digər Xəbərlər
27 Fevral 2026 17:34
“TikTok”da tələbələrin fotolarını yayan şəxs barəsində cinayət işi başlanıldı - VİDEO
27 Fevral 2026 12:23
Azərbaycan-İran sərhədində silahlı insident - FOTOLAR
26 Fevral 2026 21:40
Kiberpolis tələbə qızları şantaj edən şəxsi SAXLADI
26 Fevral 2026 18:11


Bakı -°C

