Narkotacirin evindən külli miqdarda marixuana aşkarlanıb
İsmayıllı Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan qurudulmuş marixuana, eləcə də xüsusi qulluq göstərməklə yetişdirdiyi çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni ötən ilin yay aylarında becərdiyi narkotik tərkibli bitkilərdən əldə etdiyini bildirib.
Araşdırma zamanı Elnur Mahmudovun evindən aşkarlanan narkotiki satmaq məqsədində olduğu müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.
Digər Xəbərlər
17 Dekabr 2025 10:55
Polis əməliyyat keçirdi: Saxlanılan var - VİDEO
16 Dekabr 2025 17:49
Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib
16 Dekabr 2025 17:39
Tülin Ələkbərova ilə bağlı qərar verildi
16 Dekabr 2025 17:21
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşdı - Tutuldu - VİDEO
16 Dekabr 2025 12:22
İrandan Azərbaycana 31 kq narkotik keçirmək istədilər
16 Dekabr 2025 10:52
Müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq 200 min manat ələ keçirdi - VİDEO
16 Dekabr 2025 10:12
Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı
15 Dekabr 2025 18:20


Bakı -°C

