adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Iyun 2020 09:45
58296
ƏDƏBİYYAT

Narkoman, əyyaş, yoxsa dahi?!

Onun uşaqlığını qız kimi keçirməsinieşitmək əlbəttə, təəccüblüdür. Yazıçının anası böyük qızı Marselinayladostluq edə biləcək qızının olmasını istəyirdi. Buna görə də Ernestə qızpaltarları geyindirir, saçını qız kimi kəsdirir və qonşulara onu Ernestinaadıyla təqdim edirdi.

ErnestHeminquey ömrünün otuz ilini Amerika ədəbiyyatının əsas simalarından biri kimikeçirdi. Beş müharibə, dörd avtomobil, iki təyyarə qəzası keçirdi. Özü və təcrübələrihaqqında hamıdan daha çox yazdı. Morley Colleghan Ernest haqqında"bilmirik, o özü haqqında həqiqətləri yazıb, yoxsa təxəyyülünün gücüyləuydurub” deyirdi.

Dəqiqbildiyimiz bir həqiqət var: Ernest 1899-cu ildə İllinoys ştatında doğulub. Əsəbxəstəsi anası onu rəqs dərnəklərinə göndərib. Məqsədi onu kişi mühitindənuzaqlaşdırmaq idi. Bunlara baxmayaraq, Ernest özündə Don Juan xarakteriformalaşdırdı. Bu məqsəd onun balıq ovuna həvəsindən tutmuş fiziki görkəminə qədərsiraət etdi. Məktəb illərindən yazmağa başlayan Heminqueyin ədəbiyyatda özünəməxsusüslubu isə "Kanzas Siti Star” qəzetində, müxbirlik etdiyi dövrdəformalaşdı.

Müharibə qəhrəmanı

1914-cüildə Birinci Dünya müharibəsi başlayanda yazıçı hadisələrə biganə qala bilmədi.Orduya yazıldı və İtaliya cəbhəsində tibbi yardım avtomobilinin sürücüsü oldu.Sonralar burada yaşadıqlarına "Əlvida, silah”la güzgü tutacaqdı. 1918-ciilin 8 iyulunda avtomobili top atəşinə tutuldu. Hər iki ayağından yaralananHeminquey, yara oyuqlarına siqaret kötükləri tıxadı, digər yaralı əsgəri də təhlükəsizəraziyə çıxartdı. Cəsur hərəkətlərinə görə İtaliya hökuməti onu medalla təltifetdi və müharibədən azad olundu.

İkidünya müharibəsi arasındakı dönəmdə şöhrətinin ilk işartıları görünməyəbaşladı. Parisə köçən yazıçı burada Ezra Pound, Frensis Skott Fitscerald kimisöz adamları ilə tanış olmaq imkanı qazandı. 1926-cı ildə "Günəş boylanır”əsəriişıq üzü gördü. Bu roman fiziki qüsurlu müharibə veteranı və onun ehtiraslı sevgilisindənbəhs edirdi. Bəli, bütün bunlar 1920-ci illərdə Parisdə yaşadıqlarının məcmusuydu.Roman onu dünyada məşhurlaşdırdı.

Şöhrətvə var-dövlət Heminqueyi vəhşi, təhlükəli sınaqların izinə düşməyə sövq etdi.Buğa döyüşlərini izlədi, Afrika cəngəlliklərinə qədər gedib çıxdı, İspaniya vətəndaşmüharibəsi haqqında məqalələr yazdı. Bunların hər birini böyük əsərə, romana,avtobioqrafik yazıya çevirə bildi. İkinci Dünya müharibəsi başlayanda FBİ(Federal Təhqiqat Bürosu) rəhbəri Huverin şübhələrinə məhəl qoymayaraq, onameydan oxudu, Kuba sahillərində alman sualtı qayıqlarının "ovuna çıxdı”. Bəziləriyazıçının sadəcə balıq ovuna çıxdığını söyləyirdi. Hər nə olursa-olsun,Heminquey hadisələrin tam mərkəzində olmağa can atırdı.

Dünyaşöhrəti qazanmasına baxmayaraq, müharibədən sonra yazıçının əsərləripopulyarlığını itirməyə başladı. 1940-cı illərdəki "Əcəl zəngi” yeni əsərlərinsevinciylə əvəzlənmədi, vaxtının çoxunu özü haqqında əfsanə yaratmaq, mətbuatdahəmkarlarına hücum etməklə keçirdi. Onu daha çox qəzəbləndirsənsə "Nobel”mükafatı almamasıydı. 1952-ci ildə "Qoca və dəniz” ona təkcə bu mükafatıdeyil, eyni zamanda "Pulitzer”i də qazandırdı. Bunlardan sonra onun necəsevindiyini təsəvvür etmək elə də çətin deyil.

Ammabütün bunlar yazıçını depressiyadan xilas edə bilmədi. Həyatının son on ilindəpsixi sarsıntılar keçirən Heminquey iki dəfə təyyarə qəzasına düşdü. Sağqalmasına baxmayaraq, daxili orqanları zədələndi. Daha bir yanğın qəzasından isəyaralarla canını qurtara bildi. Alkoqolizm onda təzyiq və qara ciyər problemləriyaratdı. Yaddaşının itirməyə başladı. Ömrünün axır günlərində intihar etməsindeyə, ona ağrıkəsici dərmanlar verilirdi. Həyat yoldaşı Meri, yazıçının bütünsilahlarını zirzəmiyə yığıb açarı ondan gizlədirdi. 1961-ci ilin 2 iyulunda Heminqueybütün qorunmalara "qalib gəldi”. Açarları tapan yazıçı tüfənglə özünüöldürdü. "İnsan məhv edilə bilər, amma məğlub edilə bilməz.” – deyən adamözünü məhv etdi.

Dostluq, yoxsa?

ErnestHeminquey və Frensis Skott Fitscerald birgəliyi ədəbiyyat tarixinin ən böyükdostluqlarından idi. Aralarında üç yaş fərq olan yazıçılar bir müddət suyu beləayrı içməzdilər. Heminquey arsızlığı, özünə əminliyi ilə Fitsceralddan fərqlənirdi.

Məşhurdostlar ilk dəfə 1925-ci ildə Parisin Dingo barında tanış oldular. Həmin vaxtErnestin 25 yaşı vardı və elə də çox tanınmırdı. Fitsceraldın isə "MöhtəşəmGetsbi” əsəri təzəcə dərc olunmuşdu və ədəbiyyat üfüqlərində sürətlə yüksəlirdi.

Bəzənbir-birlərinə qarşı heyrətamiz dərəcədə səmimi olurdular. Dostların arası1926-cı ildən sonra pozulmağa başladı. Uzaqlaşma istəyi qısqanclıqdan yarandı.Heminquey məşhurlaşdıqca Fitsceraldın ulduzu sönməyə başladı. O, mətbuatdadostunu ələ salmaqdan belə çəkinmirdi. Vəziyyət o yerə çatmışdı ki, Fitsceraldbunu etməməsi üçün ona yalvarmışdı. Heminquey bir müddət buna əməl etsə də,ölümündən sonra Fitsceraldı qorxaq, cinsi problemli biri kimi qələmə vermişdi.

Təhqiri bağışlamadı

Heminqueyşəxsiyyətinə təhqiri heç zaman bağışlamadı. Yazıçının buğa döyüşləriylə bağlıyazdığı kitabı Maks İstman tənqid etdi. Ernest isə onu kişiliyinə əmin olmayan,sinəsinə parik taxan adam adlandırdı.

Bununlada qəzəbi soyumayan Heminquey bir neçə il sonra Maksvel Perkinsin ofisindəİstmanla qarşılaşdı. Görüş zamanı köynəyini çıxardan yazıçı: "Sinəmə bax,gör nə qədər tük var. Sən məni necə təhqir edə bilərsən?” demişdi. İstman bir dəonu yazılarında kəskin tənqid etmədi...

Çoxlarıyazıçının məlum yarışlarda buğalarla birgə qaçdığını düşünsə də o, heç vaxt özübu yarışlarda iştirak etməyib. Birinci Dünya müharibəsində ayaqlarından aldığıyara ona həmişə mane olub.

FBİ izlədi

Heminqueyillərlə hər kəsə FBİ-nın onu izlədiyini söylədi. Çox adam bunları yazıçınınuydurması sanıb inanmadı. Amma illər sonra onun yanılmadığı üzə çıxdı.Heminqueyin ölümündən sonra üzə çıxan sənədlərdə onun İkinci Dünya müharibəsindənsonra vəfatına qədər izlənildiyi məlum oldu.

Oğlu qadın oldu

Yazıçınınkiçik oğlu Qriqori çox yaşasaydı bəlkə də atası haqqında ən yaxşı bioqrafiyanıyazacaqdı. Tez-tez polislərə hücumuyla diqqət çəkən Qloriya sonuncu dəfə2001-ci ildə bu hərəkətinə görə həbs olundu. Mayamidə qadınlar həbsxanasındaöldü. Niyə qadınlar? Çünki oğlu transseksual idi. O, cinsini dəyişdirərəkqadına çevrilmişdi

Faciəvi ailə-narkotik, fahişəlik...

Heminqueyinailə faciəsi bununla bitmir. Nəvəsi narkotiklərdən istifadə edirdi. 2 iyul1996-cı ildə Markes Heminquey intihar etdi. O da Ernestin atası Klarens, bacısıUrsula və qardaşı Leyçester kimi ailənin intihar edənlər siyahısına düşdü. Oeyni zamanda fahişə kimi çalışırdı.

Kaliforniyadakıməşhur "Harri barı” hər il Heminqueyi beynəlxalq yarışla "yad edir”.Yarışa "Pis Heminquey” adı verə bilərik. İştirakçılar səhifəlik mətnləyazarın üslubunu parodiya edirlər. Yarışın qalibi Florensiyaya səyahətə göndərilir.

Tərcümə etdi: Emin Piri