adalet.az header logo
  • Bakı 11°C
21 Sentyabr 2022 12:05
684
MƏDƏNİYYƏT

Nardaranda narkomaniya əleyhinə tamaşa oynanılıb

“Səhnə” teatrı Nardaranda narkomaniya əleyhinə tamaşa oynayıb.

Adalet.az xəbər verir ki, narkomaniya fəlakətinə qarşı dövlətimizin və cəmiyyətin apardığı mübarizəyə dəstək vermək məqsədi ilə “Səhnə” teatrı “Qaranlıqdan işığa” adlı tamaşa hazırlamışdır.

Daha əvvəl Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan, Əmircan və Mərdəkanda nümayiş olunan tamaşa 20 sentyabda isə Nardaran mədəniyyət mərkəzində oynanılmışdır. Açılış dövlət himmi ilə olub, şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Tamaşadan öncə ilk söz "Liatris Holding"in rəhbəri Ruhi Əliyevaya verilib.

Daha sonra isə “Qaranlıqdan işığa” tamaşası tamaşaçılara göstərilmişdir. Tamaşa narkomaniyaya aludə olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı həyatdan və ailəsinə gətirdiyi faciələrdən bəhs edir.

Tamaşanın müəllifi Pakizə Hüseynova , quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Tamaşada aktyorlar Ramil Məmmədov, Anar Həsənzadə , Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza iştirak edirlər.

Tamaşanı izləyən Sabunçu Rayonu İcra Hakimiyyətinin ictimai - siyasi-humanitar məsələlər üzrə şöbə müdiri Ədalət Teymurov tamaşa haqda öz fikirlərini bildirib:

“Çox gözəl tamaşa idi. Biz çox sevinirik ki, belə tamaşalar var və gəncləri narkomaniya kimi bir bəladan uzaqlaşmaq üçün maarifləndirir. “Səhnə” teatrına belə profesyonal işə görə böyük təşəkkürlər”.

Tamaşadan sonra "VMR" şirkətlər qrupunun baş direktoru Vüsal Həsənov tamaşa haqda öz fikirlərini bildirib:

“Mən də öz növbəmdə demək istəyirəm ki, bu gün burada belə bir maarifləndirici tamaşanı izləməkdən çox şad oldum. “Səhnə” teatrına belə gözəl bir tamaşanı ərsəyə gətirdikləri üçün minnətdaram”.

Qeyd edək ki, tamaşanın aparıcısı Günay Firudinqızı idi. Tamaşanı izləyənlər arasında məktəblilər və gənclər üstünlük təşkil edib.