adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Mart 2023 11:42
940
ŞOU-BİZNES

Namiq Qaraçuxurlu: “Cavan uşaqlar kriminal elementlər, pis vərdişlərdən meyxana dedilər”

Meyxanaçı Namiq Qaraçuxurlu MTV-də yayımlanan “Səhərin səsi” proqramında qonaq olub.

Adalet.az xəbər verir ki, sənətçi meyxananın hazırkı vəziyyətindən danışıb:

“Meyxana çox geriyə gedib. Baxır hansı bucaqla baxırsan. Sırf meyxanadan söhbət gedirsə, trenddədir, istedadlı meyxanaçılar çıxıb, camaat həddindən artıq sevir – kişilər daha çox. Mənim baxışımdan baxanda çox geriyə gedib. Hətta, mənim çəkdiyim əziyyət də hədər olub. Çünki mənim dövrümdə xanımlar daha çox idi. Konsertlərimdə 80-90% xanımlar gəlirdilər. Bir neçə dəfə mübahisəli məqamlara baxmışam. Meyxananı tənqid edən adamlarla ifaçılar üzbəüz otururlar. Fakt kimi onların qabağına qoyublar ki, meyxana məclislərinə niyə qadınları buraxmırlar? Bunu meyxanaçılar da o qədər unudub ki, qəbul ediblər. Onların heç yadına düşmür ki, elə bir dövr olub ki, meyxana konsertlərinə qadınlar daha çox gediblər. Bunu yutubda da tapa bilərsiniz. Ona təəssüflənirəm ki, o publika getdi. Çünki meyxanada müəyyən həddlər aşıldı. Cavan uşaqlar kriminal elementlər, pis vərdişlərdən meyxana dedilər, bir az söyüş oldu. Belə-belə aləm dəyişildi. Bir neçə cavan gəldi ki, onlar həm yaxşı meyxana deyirdilər, həm də yaxşı populyarlıq qazanmışdılar. Amma onların düşüncəsində problem oldu. Dedilər ki, populyar olmuşam, indi nəsə etməliyəm. Həmişə gördüyü yox, yeni bir şey. Onlar düşündülər ki, populyar olmuşam, toylar çoxalıb, qiymətimi qaldırım. Mən meyxana deyirdim, toylara gedirdim, eyni zamanda albom işləyirdim. Hamı çayxanaya gedirdi, mən evə gedib yazırdım, pozurdum. Bilirdim ki, nəsə etməliyəm, mənim indi etdiyimi məndən öncə hamı edib. Albom, sonra klip, rəvayətim çıxdı, qazancım çoxaldı, konsert etdim. Mən düşünsəydim ki, nəyimə lazım, pulumu qazanım. Onda heç nə olmayacaqdı. Bizim bəzi gənclərimizdə bu baş verdi”.

Əntiqə