adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Sentyabr 2018 11:24
47776
GÜNDƏM

Namiq Qaraçuxurluya, Damlaya, Üzeyirə zəng – Ayxan Ayvaz yazır...


Ziyalı, gecə-gündüz Borxeslə, Kafkayla vaxt keçirənAyxanın işinə-gücünə baxın: bütün günü müğənnilərlə müsahibə üçün dəridən-qabıqdançıxıram. Qabağımda siyahı, damağımda siqaret bir-bir zəng edirəm.

- Salam.Namiq Qaraçuxurludur?

- Yox. Köməkçisi.Nə lazımdı?

İzah edirəm.Deyirəm, Namiq Qaraçuxurlu uşaqlığımızın müğənnisidir, onun rəvayətinə dəqurban olaram, Aygün Kazımovasına da...

- Bu sözləriniziçatdıraram.

Növbəti gün:

- Namiq bəydeyir ki, İstanbuldayam.

Deyirəm,İstanbula da qurban olaram, Namiq Qaraçuxurlunun baxdığı Kız Kulesinə də...

- Dincəlməkistəyir.

SiyahıdaÜzeyir Mehdizadə var.

- Qardaş, mənÜzeyirlə verilişdə də olmuşam.

Prodüserinə əsgərliyimdəndə danışdım. Dedim ki, hər gün növbədə olanda Üzeyirin mahnıları ilə stressatmışam. Daş atıb başını tutdu. Üzeyir deyibmiş ki, heç yerə müsahibə vermirəm.Elə bil Umberto Ekodur bu. Dedim, qardaş, vallah, nə Baxa qulaq asıram, nəBethovenə, nə də Sezen Aksuya, yalnız Üzeyir Mehdizadəyə. Hətta Üzeyir deyəndəyadıma dahi Hacıbəyov yox, Mehdizadə gəlir. Xeyri olmadı.

Damla da məniyaxın qoymadı. Prodüseri 5 nömrə verdi. 3-nə zəng elədim, onlar da 10 nömrəverdi. Belə getsə, bütün Azərbaycanla danışacaqdım. Buna nə kontur çatardı, nəhövsələ. Damlaya qovuşmaq mümkün olmadı. Deyə bilmədim ki, sənin səsinləyatıram gecələr. Bilmədim, bilmədim.

Toliklə söhbətimizəfsanə oldu. Müsahibə deyirəm, deyir, mən Elçibəyi söyməmişəm. Bəy deyirəm,deyir, mənə bəy demə. Razılaşdı əvvəl, sonra da zənglərimə cavab vermədi.

Bircə Faiq Ağayev...O, yenə də alicənablığını göstərdi. Mədəni şəkildə mənimlə söhbət etməyin xoşolacağını söylədi. Kitab oxuyan adam başqadı. Yazıdan Faiq bəyə qucaq dolususevgilər göndərib keçirəm növbəti abzasa.

Manıs tayfasının əlindəgirinc qalmışam. Bəlkə də günah məndədir. Mən onlarınayağına düşüb yalvarmalı deyildim. Deyəcəksiniz ki, nə işin var onlarla? Var, əlbəttə.Çünki onlar bu qədər kütləni özlərinə cəlb eləyə biliblərsə, günah onlardadeyil. Manıslıq bizim içimizdə var. Etiraf edək. Hamımızda bu manıslığınişartıları görünür.

Mənibağışlayın. Yazını yarımçıq qoyub yeni bir manisəyə zəng vurmalıyam. Xoşcaqalın!