Namaz qılmayan şəxs oruc tuta bilər? - AÇIQLAMA
"Zaman-zaman İslam dünyasında, xüsusilə Azərbaycanda ən çox müzakirə olunan və sual verilən mövzulardan biri namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır. Təəssüf ki, cəmiyyət olaraq biz özümüzdən daha çox başqalarının əməllərini təftiş etməyə meylliyik".
Adalet.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edib:
"Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir. Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir qəbahət yoxdur. Onu da unutmayaq ki, bəlkə də bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa başlayacaq. Ona görə daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. O dünyada biz başqalarının deyil, öz əməllərimiz barədə sorğu-sual olunacağıq".
Digər Xəbərlər
16 Aprel 2026 18:32
Mehriban Əliyeva Türkiyə səfərindən görüntülər PAYLAŞDI - VİDEO
16 Aprel 2026 16:21
Uşaq qidasından həşərat çıxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib
16 Aprel 2026 14:07
Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda
16 Aprel 2026 13:59


Bakı -°C

