adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Avqust 2018 13:00
17908
ŞOU-BİZNES

Nahidə Orucova getdi

Tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova Arb telekanalında yayımlanan "Səhər-səhər" verilişindən gedib.

Adalet.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa özü deyib:

"Bəli, artıq yeni mövsümdən "Səhər-səhər" verilişində olmayacaqam. Çox gözəl kollektivlə çalışdım, gözəl insanların əhatəsində oldum. Sadəcə olaraq veriliş vaxtımı çox alırdı, yaradıcılığıma mane olurdu", - deyə aktrisa bildirib.

Qeyd edək ki, "Səhər-səhər" verilişinə Elgiz Əkbər, Əli Mirəliyev və Nahidə Orucova aparıcılıq edirdi.