adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Fevral 2020 09:30
23968
ŞOU-BİZNES

Nadir Qafarzadədən xalq artistlərinə atmaca: Gülüş “smaylik”ləri ilə...

"Instagram”ın "Show News” səhifəsindəpaylaşılan bir süjet müğənni Nadir Qafarzadəni yarızarafat, yarıciddiqıcıqlandırıb. Məşhuriki xalq artistinin-Brilliant Dadaşova ilə Röya Ayxanın bir-birinə tərifyağdırmasını birmənalı qarşılamayıb. O, "83 kilo idim, 75 kiloyadüşdüm”yazaraq, paylaşılan videomaterialı şərh edib. Bununla da "ətinintöküldüyünü” vurğulayıb. N.Qafarzadə rəyini gülüş "smaylik”ləri ilə bəzəyib.

Nə baş verib?

Deməli,ARB TV-də yayımlanan "Show News” maqazin verilişində Brilliant Dadaşova iləRöya Ayxanbir-birinə tərif yağdırıb.

Adalet.azxəbər verir ki,Brilliant xanımın:"Röyaya deyərdim ki, sən niyə belə şirinsən? Qənd qatıblar sənə?”sözləri gündəm olub.



Xalq artistinin bu tərifi R.Ayxanı dilə gətirib.R.Ayxan həmkarını çox sevdiyini bildirib:

"Mənçox rahat adamam. Biləndə ki, toyu Brilliant xanım aparır, məclisə 10-15 dəqiqədaha tez gedirəm. O qədər danışıram ki, axırda o məni gülə-gülə qapıdan qovurki, səsim batdı,çıx. Bizim Brilliant xanımla çox gözəl münasibətimiz vədostluğumuz var. Yaxşı ki, belə sənətkarımız var”.

Qeyd edək ki, ötən günlərdə Röya və Briliantınarasında qalmaqal yaşanmışdı. Beləki,"3D" verilişində Dadaş Dadaşlinskinin Brilliant Dadaşovanınerməni musiqiçinin ifasına super yazmasına aşağıdakı fikri bildirmişdi:



"Ondaniyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də,musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm.Amma millətimi incidənə "super" yazmaram.Çünki mənqarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini və problemləriniçəkirəm. Hələ bu qədər əziyyət qarşısında "super" yazacam? Heç vaxt,istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm. Fikrinideyib, sonra pozub"

Əntiqə Rəşid