adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Avqust 2018 12:38
31643
ƏDƏBİYYAT

Nadan olmaq üçün var gücümlə çalışıram... - SORĞU

İşlərimizin çoxolmasından kitaba bəzən vaxt tapa bilmirik. Tətillərdə isə mütaliyəyə xeylivaxtımız qalır. Bəs görəsən yazıçılar, şairlər tətildə nə oxuyur?!

Adalet.az tanınmışyazarlara müraciət etdi: "Tətildə nə oxuyursuz?” Cavabları təqdim edirik.




Yazıçı SəfərAlışarlı: "Gəlib çıxsa, tətildə "Novıy mir” və "İnostrannayaliteratura” jurnallarının 5-ci nömrələrini oxuyacağam, inşallah!”


Yazıçı NərimanƏbdülrəhmanlı: "Mütaliə üçün heç vaxt tətilin başlanmasınıgözləməmişəm. Amma elə kitablar var ki, onları daha arxayın vaxtda oxumaq, üstəlikdə çevirmək istəyirəm. Bu tətilimdə qismətimə böyük Avstriya yazıçısı RobertMüzil düşüb. Onun kiçik həcmli nəsr əsərlərini çoxdan seçib yığmışdım ki, imkanolanda çevirim. İndi məhz bununla məşğulam. Bir də iş gərəyi Nobel mükafatılaureatı İvo Andriçin "Drina körpüsü” romanını oxuyur, redaktə eləyirəm.Planımda bir neçə kitab da var, bu da vaxt imkanıyla bağlıdı.”


Yazar Xalid Kazımlı: "Hazırda əlimdə 4-5kitab var, onları oxuyuram. Montefiorenin "Stalin” və "Yerusəlim” kitablarınıoxuyuram. Əslində bu kitabların hərəsi 5 normal kitab boydadır, oxu, oxubitmir. Bundan başqa, Patrik Brayanın "Səmərqəndə gedən yol” romanını oxudum.Bir neçə də detektiv janrlı roman. Məsələn, Li Çayldın "Bir atəş, bir güllə”,Con Verdonun "Fikrində bir ədəd tut” əsərləri... Oxumalı kitablar çoxdur, təəssüfki, vaxt azdır...”


Yazıçı Murad Köhnəqala: "Sabir Rüstəmxanlının"Difai fədailəri” tarixi romanını oxuyuram.


Şair Əbülfət Mədətoğlu:"Tətildə Seyran Səxavətin"Nekroloq" əsərini yenidən oxuyacam. Vaqif Səmədəoğlunun, Nüsrət Kəsəmənlinin,Ramiz Rövşəni yenidən oxuyacam. Özümlə səfərə Salam Sarvanın, Ramiz Rövşənin, ZəlimxanYaqubun kitablarını götürəcəm. Elektron mətbuatda, xüsusuən də kulis.az-da ədəbinümunələrdən nə olsa gözdən qaçırtmayacam.”


Yazıçı Narıngül Nadir: "Əslində, yay tətilində ətraf mühitlə təmasda olmaq, daha çox istirahətetmək, beyinə dinclik vermək lazımdır. Guya mən də bu prinsipə əməl etməyəçalışıram. Amma boş yerə cəhd edirəm... Kitab oxumağı planlaşdırmasam da,sosial şəbəkədəki yazıları izləyirəm, paylaşılan bədii mətnləri oxuyuram. Yəniistəsəm də, istəməsəm də mütaliə həyat tərzimə çevrilib.

Bu günlərdə LQrossmanın "Görkəmli adamların həyatı” silsiləsindən "Dostoyevski” romanınıyenidən oxudum. Dəfələrlə oxumağıma baxmayaraq, bu romanı oxumaq mənə yenə dəzövq verir. Ümumiyyətlə, mən sistematik oxu prosesini sevmirəm. Ola bilər ki,bir kitabı dəfələrlə oxuyum və oxuduqlarımı intuitiv şəkildə qəbul edim. Bəzənolur ki, oxuduğum əsərdəki obrazların adlarını da unuduram. Yəni yaddaşıma dahaçox şüuraltında qəbul olunanlar həkk olunur.

Sentyabrdabir neçə müasir yazarlarımızın kitablarını mağazalardan alıb oxumağıplanlaşdırmışam. Burada məqsəd sırf oxucu marağından başqa, həm də müasir ədəbimühiti izləməkdir. Hesab edirəm ki, mövcud ədəbi mühitlə tanışlıq hər bir yazarüçün vacibdir.”


Yazar Səhər Əhməd: "HazırdaPasternakın Jivaqosunu oxuyuram. Növbədə Oruelin "Kataolinayaya məhəbbətlə”romanıdı.”


Yazıçı Mübariz Örən: "Hal-hazırda Folkneri oxuyuram, "Avqust işığı”nı. Sonra Corc Oruelldənnəsə oxumaq planımdadı. O kişidən heç nə oxumamışam. Yaydı, çox oxumaq daolmur.”


YazıçıMirmehdi Ağaoğlu:"Sevda Sultanovanın Elton Quliyev kitabını oxudum. Hazırda etiyim tərcüməkitabı ilə əlaqədar Soıjenitsının İvan Denisoviçin bur günü əsərini təzədənoxudum, Tomas Mannın Venesiyada ölüm əsərini oxudum, Pamukun Cevdet bəyoğulları əsərini bitirdim. İndi də Culian Barnasın

"10 1/2bölümdə dünya tarixi” romanını bitirmək üzrəyəm. Deyim ki, Venesiyada ölüməsəri məni həqiqətən heyrətləndirdi, gözəllik, sevgi, ölüm haqqında dahiyanəbir əsərdir. Barnasın romanını oxumağı isə hər kəsə tövsiyə edirəm.

Son illəryazılmış romanlar arasında ən yaxşılardan hesab etmək Barnasın romanını. Roman ironik bir dilləTanrı-insan münasibətlərindən bəhs edir.


Yazar Cavid Zeynallı: "Oxunmalı kitablarçoxdur. İndi Şekspiri oxuyuram.


Yazar, şairə RəbiqəNazimqızı: "Bu günlərdə Romen Rollanın "Bethovenin həyatı” əsərinioxudum. Açığı, son vaxtlar biqorafik əsərlərə və memuarlara üstünlük verirəm.Bundan sonrakı planlarımda "Mikelancelonun həyatı”dır yenə Rollandan. Və əlbəttə,çoxlu şeir oxuyuram. Amma şeir sistemli deyil. Bəzən yeni şeirlər olur, bəzən təkrar.Bəzən bir şairdən bir neçə şeir, bəzən bir. Məsələn, Apolinerin Luya yazdığışeiri oxudum və çevirmək istədim, sonra vaz keçdim. Təbii, ən çox sevdiyimşairlərdən olan Martin Svetlitskitni oxuyuram. yerli saytları izləyirəm.Paralel olaraq özüm də ara-sıra yazıram.”


Şair Aqşin Evrən: "Son vaxtlar yenidəntarixi kitablara qayıtmışam. Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin "Təkmilətül-əxbar”ümumi tarix əsərini və paralel olaraq "Tarixi-aləmarayi-Şah İsmayıl”ı ("Şahİsmayılın dünyanı bəzəyən tarixi”) oxuyuram. Bundan əvvəl orta əsr ispandiplomatı Fiqeroa Qarsiyanın Şah Abbas dönəmində Səfəvi sarayına ziyarəti əsasındayazdığı kitabı bitirdim. Kitabda Səfəvi sarayında verilən yeməklərdən, şərablardantutmuş, cariyələrə qədər hər şey haqda yazılıb.”


Yazar Kəramət Böyükçöl: "Heç nə oxumuram.Oxumaq ehtiyacı da hiss eləmirəm. Xeyli problemlərim var, onlarla məşğulam. Ümumiyyətlə,belə bir cəmiyyətdə yazmağın mənasızlığını başa düşdüyüm kimi, oxumağın mənasızbir şey olduğunu anlamışam. Oxumayanların, yazmayanların, nadanların daha xoşbəxtolduğu mühitdə mən niyə ancaq öz mənəvi dünyamı zənginləşdirməklə məşğulolmalıyam? Nadan olmaq üçün var gücümlə çalışıram.


Şairə Könül Arif: "Şervud Andersonun"Vaynzburq Ohayo” hekayələr toplusunu oxuyuram hazırda. Tətildə AlbertoMoravianın "Çoçara” kitabını oxuyacağam.”


Yazar Günel Natiq: "Hazırda Sartrınbir əsərini oxuyuram. Daha doğrusu, oxumağa çalışıram. Çünki yazılarım çoxdur,onlara vaxt ayırmaq lazımdır, həm də əsər mürəkkəbdir, oxucudan dərin diqqət tələbedir. Mənim tətilim yazılarla müşayiət olunur, yəni tam sərbəst olduğum məqamlaraz olur. Veriliş hazırladığım şeirlerin kitablarını oxuyuram, poeziya isə menimyaşam qaynağımdır.”


Şair Taleh Mansur: "Mənim üçün payızvə qış ayları yazı masasıdı, yaz və yay ayları isə oxu zalı. Bilmirəm qlobaliqlim dəyişkənliyindəndir nədi, bu il tam tərsi oldu, qışda Əkrəm Əylisli,Alber Kamu, Uilyam Folkner, Pasternak kimi tam 18 müəllifin fərqli əsərlərinioxudumuşdumsa yay girəndən yapon yazıçısı Yasunari Kavabatanın seçilmiş əsərlərindənbaşqa bir şey oxuya bilməmişəm. Hər halda hələ yayın bitməsinə kifayət qədərvaxt var. Yəqin ki, bu kimi sorğuların əsas hədəfi mənim kimi uşaqlıqdaoyuncaqları belə kitab olmuş adamlara "soyuq duş” təsiri bağışlayıb yaradıbonları özlərinə-kitaba qaytarmaqdır. Mütaliə kimi dünyanın ən gözəl vərdişindənuzaq düşməkdənsə, sağalmaz bir xəstəliyə tutulmaq daha yaxşıdı. Heç bir haldaqayğılar, problemlər mütaliə etməmək üçün əngəl sayıla bilməz, heç ölüm yatağıbelə.”