"mygov" platformasında yenilik edildi
"mygov" rəqəmsal hökumət platformasında yeni funksionallıq istifadəyə verilib.
Adalet.az xəbər verir ki, artıq vətəndaşlar özəl qurumlar tərəfindən məlumatlarının sorğulanması barədə bildirişlər alırlar.
Beləliklə, vətəndaşlar "mygov" tətbiqi və veb platforması üzərindən məlumatlarının hansı qurumlar tərəfindən sorğulandığını daha operativ izləyə bilirlər. Sorğulama baş verdiyi anda sistem avtomatik olaraq "mygov" tətbiqi vasitəsilə vətəndaşa bildiriş göndərir. İstifadəçi bildirişə klik edərək "Bildirişlər" moduluna keçid edə və "Tarixçəyə keçid et" düyməsi vasitəsilə daha ətraflı məlumatı əldə edə bilər. Əgər vətəndaş bildirişdə qeyd olunan şirkət (qurum) tərəfindən sorğulanmaq istəmirsə, bu zaman "İcazələrin idarə edilməsi" moduluna daxil olaraq müvafiq sorğulamanı bağlaya bilər.
Yeni funksionallığın əsas məqsədi vətəndaşların şəxsi məlumatlarına nəzarətini artırmaqdır. Bu xüsusiyyət sayəsində vətəndaşlar məlumatlarının sorğulanması barədə vaxtında xəbərdar olur və prosesə daha rahat şəkildə nəzarət edə bilirlər.
Sorğular məzmununa uyğun olaraq yeddi kateqoriya üzrə qruplaşdırılır: fərdi məlumatlar, məşğulluq, ailə, təhsil, nəqliyyat, sosial müdafiə və təminat, rabitə. Nəticədə vətəndaş məlumatların hansı qurum tərəfindən və hansı kateqoriya üzrə sorğulandığını bilir və öz məlumat dövriyyəsini daha səmərəli şəkildə izləyir.
Fərdi məlumatların istifadəsi zamanı vətəndaş razılıqlarının rəqəmsal qaydada idarə olunması da "mygov" platformasının təqdim etdiyi imkanlardan biridir. Vətəndaşlar "İcazələrin idarə edilməsi" bölməsi vasitəsilə özəl şirkətlər tərəfindən aparılan məlumat sorğularını izləyə, verdikləri razılıqları idarə edə, onların qüvvədə qalma müddətini müəyyənləşdirə, eləcə də istədikdə dayandıra və yaxud yenidən aktivləşdirə bilirlər.
Digər Xəbərlər
15 Oktyabr 2026 12:43
Sabah yağış yağacaq
14 Oktyabr 2026 22:36
Prezident və ailə üzvləri qonaqlarla şam yeməyində - FOTOLAR
14 Oktyabr 2026 19:08
Almaniyadan 30-dan çox azərbaycanlı geri qaytarıldı
14 Oktyabr 2026 18:22
Azərbaycan-BƏƏ hərbçilərinin birgə təlimində "şahinlər" havaya qalxdı - FOTOLAR/VİDEO
14 Oktyabr 2026 18:10
“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
14 Oktyabr 2026 17:46
"Bizim vaxtımızda uşaqlar nə yaylıq, nə hicab bağlayırdı"
14 Oktyabr 2026 16:00
Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
14 Oktyabr 2026 13:01


Bakı -°C

