adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Noyabr 2022 17:46
834
LAYİHƏ

“Müzəffər Əsgərimiz” layihəsinin 22-ci buraxılışı – FOTO/VİDEO

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin 22-ci buraxılışı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər Rəşadət Musayevə həsr olunub.

Rəşadət Vüqar oğlu Musayev 2002-ci il iyunun 20-də Şəki rayonunun Baş Göynük kəndində anadan olub. O, doğulduğu kənddə böyüyüb və həmin kəndin orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Fərid Hüseynov 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Ordusunun əsgəri olan Rəşadət Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Əsgər Musayev oktyabrın 25-də Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, habelə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Rəşadət Vüqar oğlu Musayev Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etməkdir.