Muxtar Babayev: COP29 Sədrliyi COP30 təşkilatçıları ilə həmrəydir
COP29 Sədrliyi COP30-un Braziliyada uğurla keçirilməsinə, hamı üçün səmərəli və faydalı olmasına dəstək verməyə hazır olduğunu bildirir.
Adalet.az xəbər verir ki, COP29-un prezidenti Muxtar Babayevin bu sözləri sədrliyin "X" sosial şəbəkəsindəki paylaşımında öz əksini tapıb.
"Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) prezidenti vəzifəsinə Braziliyanın xarici işlər nazirinin müavini Andre Korrea du Laqunun, COP30-un baş direktoru vəzifəsinə isə iqlim dəyişikliyi üzrə milli katib Ana Toninin təyin olunmasını alqışlayır. O, COP29 Sədrliyinin COP30-un uğurunu təmin etmək üçün dəstək verəcəyinə əmin edib", - paylaşımda qeyd olunub.
Digər Xəbərlər
14 Sentyabr 2026 16:33
AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
14 Sentyabr 2026 16:17
ADY sərnişin rahatlığı üçün yeni imkanlar tətbiq edir
14 Sentyabr 2026 13:54
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTOLAR
14 Sentyabr 2026 13:44


Bakı -°C

