Mustafa Şentop: Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq
Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq.
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop TBMM-də Xocalı soyqırımı ilə bağlı anım mərasimində deyib.
O qeyd edib ki, Türkiyə təkcə bir qardaş kimi deyil, eyni zamanda haqlı olduğu üçün Azərbaycanın yanındadır.
M.Şentop 44 günlük Vətən müharubəsi haqqında danışaraq Azərbaycan xalqının böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. O qeyd edib ki, bu Vətən müharibəsində qələbə ermənilərin Azərbaycan xalqına vurduğu yaralara bir qədər də olsa məlhəm sürə bildi.(trend)
Digər Xəbərlər
28 Aprel 2024 15:13