adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Dekabr 2017 15:48
22767
MƏDƏNİYYƏT

MUSİQİMİZİN BÖYÜK CƏFAKEŞİ

Onun adı təkcə Qarabağdadeyil, bütün Azərbaycanda, eləcə də keçmiş Sovetlər Birliyində «Qarabağ bülbülləri»ilə yanaşı çəkilib. Çünki o, hamımızın müsiqimizə, mədəniyyətimizə «Qarabağ bülbülləri»nibəxş edibdi. Özü də tər çiçək kimi. Və bu bülbüllərin cəh-cəhi hər kəsi ayağa qalxmağa,əl boyda uşaqları ayaqüstə alqışlamağa vadar edibdi…

Barəsində danışdığımızMurad Yunis oğlu Rzayev 1947-ci ilin dekabr ayının 7-də Ağdam rayonunda doğulub.Düz 70 il bundan öncə dünyaya Murad adıyla gələn bir oğul xalqımıza, xüsusilə musiqimizəümid, murad bəxş edib, onu cilalayıb, onu sevdirib. Təkcə öz bəstələri, impravizələriilə deyil, həm də sənət dünyamıza istiqamətləndirdiyi bir-birindən gözəl səslərləMurad Rzayev özünün mükəmməl ovqatını yaradıb musiqisevərlərin qəlbində. Onun adınayazılmış yüzlərlə fəxri fərmanlar, diplomlar, döş nişanları, hədiyyələr, adlarınimza yerində SSRİ-nin, sonra isə müstəqil Azərbaycanın ən önəmli simalarının, ənböyük təşkilatlarının adı möhürlənibdi.

Bu gün 70 yaşınıqeyd etdiyimiz Murad Rzayevin bəstələrini xalq artistlərimiz, Qədir Rüstəmov, FloraKərimova, Mirzə Babayev, Oqtay Ağayev, əməkdar artistlərimiz Zöhrə Abdullayeva,Teymur Əmrah bu mahnılara Murad müəllimin musiqi sevgisini, torpağa sonsuz məhəbbətini,xalqımıza tükənməz dualarını hopdurubdu. Elə ona görə də musiqisevərlər Murad müəllimin70 yaşını böyük ürəklə qeyd edirlər. Biz də hamımıza doğma olan «Qarabağ bülbülləri»ansamblının yaradıcısı və bədii rəhbəri Murad Rzayevi ürəkdən təbrik edir, «70 yaşınmübarək olsun!» deyirik.

Hörmətlə:

Millət vəkili AqilAbbas və «Ədalət» qəzetinin kollektivi