adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Yanvar 2017 16:09
11050
MƏDƏNİYYƏT

Musiqili Teatrda ilin ilk premyerası

Azərbaycan Dövlət Musiqili Teatrında 2017-ci ilinilk premyerası keçiriləcək.

Qrumun mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, yanvarın 11-də İmre Kalmanın dünyaca məşhur"Silva” operettası tamaşaçılara təqdim olunacaq. Əsərin süjet xəttini saf, təmiz, böyük sevgi hekayəsi təşkil edir.

Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.