adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyul 2018 17:02
16521
MƏDƏNİYYƏT

Musiqili Teatr 108-cimövsümün ən yaxşılarını mükafatlandırıb

108-ci mövsümün yekunlaşması ilə əlaqədar olaraq Azərbaycan DövlətMusiqili Teatrında mükafatlandırma mərasimi olub.

Teatrın mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, Əməkdar artist Pərviz Məmmədrzayev-"Ən yaxşı kişi roluna görə”, Gülnarə Abdullayeva - "Ən yaxşı qadın rolunagörə”, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə - "Mövsümün ən yaxşırejissor işinə görə”, Elnarə Nağdəliyeva - "Mövsümün sevilən aktrisası”, NicatƏli (Həbibov) - "Mövsümün sevilən aktyoru”, Gülnarə Əzizova - "Mövsümün məhsuldar aktyoru”, Nərgiz Kərimova- "Bərpa tamaşasında uğurlu roluna görə”,Roman Krasnov - "Mövsümün ən yaxşı balet artisti”, Təranə Əliyeva -"Mövsümün ən yaxşı xor artisti”, Yusif Hüseynov - "Mövsümün ən yaxşımusiqiçisi”, Fəridə Aslanova - "Mövsümün ən işgüzar əməkdaşı”, Hüseyn Nağıyev -"Mövsümün ən yaxşı uşaq roluna görə”, Tamilla Sadıqova - "Teatrın dostu”,Kəmalə Novruzova - "Mövsümün ən yaxşıtexniki işçisi” nominasiyaları üzrə qalib olub. Həmçinin Əsgər Əsgərovunquruluşunda özbək yazıçısı İbrahimSadıqovun "Molla Nəsrəddinin beş arvadı” komediyası - "Mövsümün ən yaxşıtamaşası” seçilib.

Azərbaycan Respublikasınınxalq artisti Fatma Mahmudova vəƏməkdar artist Almaz Ələsgərova Xalq artisti Hüseynağa Sadıqov adına "Bülluralma” mükafatına layiq görülüblər.Qaliblərə xüsusi prizlər və mükafatlarverilib.

Qeyd edək ki, bu təqdirəlayiq ənənənin əsası 3 il öncə – 105-ci teatrmövsümünün yekununda qoyulub. Mükafatın təsisçiləri Musiqili Teatr və qurumunHəmkarlar İttifaqıdır.