adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Iyun 2019 16:40
38544
MƏDƏNİYYƏT

MUSİQİ ÜNVANLI VƏTƏN

Azərbaycan mədəniyyətinizənginliyi, rəngarəngliyi danılmaz bir gerçəklikdi. Bu gerçəkliyi özümüz bir millət,bir xalq olaraq qəbul etdiyimiz kimi, dünya xalqları da birmənalı və anlayışlı şəkildəqəbul edir. Bunun da səbəbi odur ki, musiqinin, mədəniyyətin öz dili var. Bu dilidə hər kəs anlayır.

Digər tərəfdən musiqi, mədəniyyətişçiləri, xadimləri, ümumiyyətlə, bu sahə ilə məşğul olan insanların böyük əksəriyyətiözlərini sübut etmiş, tanıtmış şəxsləri, sənətkarlardı. Ona görə də mədəniyyətimizin,musiqimizin çiçəklənməsi zaman-zaman öz axarı ilə davam edib və edir...

Bu günlərdə yolum Şəkiyədüşmüşdü. Bu

rada gördüyüm mənzərə, şahidiolduğum anlar məni təəssüratımı oxucularla bölüşməyə vadar etdi. Gördüm ki, həmsöhbətolduğum insan sənətinin aşiqidir, vurğunudur. Onun üçün söz və musiqi bir vəhdətliktəşkil edir. Ona görə də fikirlərini bölüşməsi insana bir musiqi həzinliyi bağışlayır.Tarı sinəsinə qaldıranda isə barmaqların yerinə sanki ruhu toxunur simlərə, ürəyinigörürsən musiqidə bu ifaçının. Və hiss edirsən ki, o musiqi səni öz ağuşuna alır.

İlk dəfə gördüyüm bu insanmusiqi məktəbinin direktorudur. Amma onun iş otağı daha çox tar müəlliminin, tarlabu dünyaya nüfuz etməyin qüdrətində olan bir yaradıcı insanın guşəsinə bənzəyir.Otaqda çoxlu mükafatlar, tərifnamələr, fəxri fərmanlar asılıb divardan. Necə deyərlər,hər tərəf bir məktəb direktorunun, bir tar müəlliminin əməyinin bəhrəsinə verilənhədiyyə və mükafatlarla bəzənibdi. Məlum olduğu kimi, bu gün vizual olaraq görüntünüdəyişmək, yeniləmək mümkündür. Hətta indi insanlarda orqan köçürmələrini də reallaşdırırlar.Ancaq bu insanın zövqünü, özünəməxsus cəhətlərini heç vaxt dəyişməyə səbəb ola bilmir. Bu mənada həmsöhbət olduğum İbrahim müəllim məktəbdirektoru kimi nə qədər ciddi, yaradıcı, idarəetmək qabiliyyətli rəsmi şəxsdirsə,bir o qədər də tar müəllimi kimi avanqarddır. Onun simlərlə söhbəti insanı özündənalıb aparmaq, öz təsir dairəsinə, salmaq gücünə qadirdir.

Elə burda da xatırladımki, İbrahim müəllim ziyalı ailəsində doğulub. Atası Allahyar kişi mühasib, anasıSəmayə xanım müəllimə işləyib. Ona görə də bu ailədə elmə, mədəniyyətə, ədəbiyyata,maarifçiliyə həmişə önəm verilib. Məhz buönəmin, bu diqqət və sayğının nəticəsində İbrahim Rəsulov həyatını bağladığı musiqininqanadlarında uğurlara doğru yüksəlib. Onun bu yüksəlişində musuqu təhsili aldığıorta və ali məktəblərində böyük rolu olubdu. Heç də təsadüfi deyil ki, İbrahim Rəsulovakonservatoriyada "Şərəf" ordenli Allahverdi Paşayev dərs verib. Onun tarsinifinin məzunu olubdu. Məhz ustad sənətkarlardan aldığı dərslərin nəticəsindəİbrahim Rəsulov özünü təsdiq edib, öz yolunu, öz dəsti-xəttini seçib.

Bu gün Şəkidəki 4 saylımusiqi məktəbinin direktoru vəzifəsində çalışan İbrahim Rəsulov təkcə Şəkidə deyil,həm də yaxın bölgələrdə də təcrübəli, peşəkar musiqiçi kimi tanınır. Onun rəhbəriolduğu məktəbin şagir və yetirmələri Ağdam, Balakən, Zaqatala, Göyçay rayonlarındanetdikləri musiqili səfərlərdə həmuşı alqışlarla qarşılanıblar. Məktəbin xor kollektivikeçirilən bütün tədbirlərdə alqışlarla səhnəni tərk edib. Ümumiyyətlə, İbrahim müəllimişlədiyi bütün kollektivlərdə ciddiliyi və tələbkarlığı ilə seçildiyi kimi, müəllimvə pedaqoji kollektivlə ünsiyyət qurmağı da mükəmməl bacarıb. Adətən musiqi məktəblərindədaha çox xanım müəllimlər işləyirlər. Belə bir zərif cinsin əhatəsində işləmək,onların hörmətini qazanmaq heç də asan deyil. Bütün bu qazanılan uğurlar İbrahimmüəllimin şəxsi uğurlarına da təkan veribdi. O, Avropa Şurasının konfransında "Mədəniyyətlərarası dialoq" elmi-praktikmövzuda çıxış edərək hər kəsin diqqətini mövzuya yönəldə bilmişdi. Həmçinin Azərbaycanınhüdudlarından kənarda keçirilən tədbirlərdə də 4 saylı musiqi məktəbinin kollektiviseçilibdi. Bu kollektivin uğurlarını ölkənin mədəniyyət naziri Əbülfəs Qarayev,eləcə də elmi-metodik mərkəzin sədri A.Usubəliyev, həmçinin Şəki Regional Mədəniyyətİdarəsini rəisi M.Zeynalova da dəfələrlə yüksək qiymətləndiribdi.

Bütün bunlar bir pedaqoqun,bir musiqi cəfakeşin və bir rəhbər işçinin həyat yoluna kiçik bir baxışdı. Bu yolvə bu uğurlar hələ davam edəcək və Şəki 4 nömrəli musiqi məktəbinin sorağı daha uzaqlardan gələcəkdir.


Aytən VƏTƏN

Şairə