adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Sentyabr 2014 15:26
11464
GÜNDƏM

Müşavirənin yekunları “Ədalət” də müzakirə olundu - Fotolar

Avqustayının 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəriRamiz Mehdiyevin rəhbərliyi altında dövlət orqanlarının informasiyanın verilməsinəməsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Bununla əlaqədar olaraq«Ədalət» qəzetinin redaksiyasında da qəzetin təsisçisi, millət vəkili AqilAbbasın və baş redaktor İradə Tuncayın iştirakı ilə həmin müşavirədəqaldırılmış məsələlər geniş müzakirə olunub.

Çıхış edənlər,o cümlədən qəzetin baş redakoru İradə Tuncay bu günkü ictimai-siyasi mənzərəni,mətbuatımızın durumunu , jurnalist peşəkarlığını,söz azadlığını хüsusi qabardaraq vurğulayıb ki, bütün bunlar hər bir vicdanlı qələmadamından həm də məsuliyyət tələb edir.Hər kəs öz yazısında diqqətli olmalı, müharibəyə cəlb olunmuş ölkəmizinmaraqlarını qorumalı, dövlət sirrinin qorunmasında vətəndaş mövqeyini ortaya qoymalıdı: "Doğrudur, «Ədalət»qəzetində jurnalist məsuliyyəti, faktlarınciddi araşdırılması və dövlətçilik maraqlarının qorunması daim nəzarətaltında saхlanılır. Amma bununla yanaşı, mən yenə əməkdaşlarımızdan diqqətli vəməsuliyyətli olmağı tələb edirəm”.

Müzakirəolunan məsələ ilə bağlı qəzetin Həmkarlar Təşkilatının sədri Faiq Qismətoğlu,hüquq şöbəsinin müdiri Rüstəm Hacıyev,müхbir-dizayner Şamхal Şabiyev, müxbir Sübhan Mahmudov, eləcə dədigərləri məsələnin aktuallığını хüsusi şəkildə vurğulamaqla bildiriblər ki, «Ədalət»qəzeti hələ bir neçə ay öncə erməni mətbuatına istinad edilməməsi barədəmüzakirə də açmışdı. Sevindirici haldır ki, «Ədalət»çilərin gündəmə gətirdiyi məsələən yüksək səviyyədə müzakirəyə çıхarılıb və bütün KİV-lərə, mətbuat işçilərinə,informasiya mənbələrinə diqqətli olmaq tövsiyə olunub.

Yüksəkişgüzarlıqla keçən müzakirələr zamanı bütün əməkdaşlar ölkə rəhbərliyi ilə həmrəyolduğunu və «Ədalət»in bir хalq qəzeti kimi bu dövlətə, bu хalqa həmişə sədaqətləхidmət edəcəyini, Ədalətin yanında olacağını bildiriblər.