"Müsəlman ölkələrini dost hesab edirik"
İran prezidenti Məsud Pezeşkian Yaxın Şərqdəki bütün müsəlman ölkələrini dost və qardaş kimi gördüklərini bildirib.
Adalet.az xəbər verir ki, o, ABŞ-nin regiondakı hərbi obyektlərinə endirilən zərbələrin müdafiə xarakteri daşıdığını vurğulayıb.
“İran İslam Respublikası bütün müsəlman ölkələrini öz qardaşı hesab edir və bu mövqe Məhəmməd peyğəmbərin praktikasına əsaslanır. Eyni zamanda, regiondakı ABŞ hərbi bazalarına son zərbələr müdafiə tədbirləri çərçivəsində həyata keçirilib”, - deyə o bildirib.
Məlumata görə, Pezeşkian bu fikirləri Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir ilə görüşü zamanı səsləndirib.
İran prezidenti əlavə edib ki, region ölkələri problemləri kollektiv şəkildə, dini və mədəni ortaq dəyərlərə əsaslanaraq həll edə bilər. Onun sözlərinə görə, Avropa da oxşar yanaşmanı NATO mexanizmi vasitəsilə tətbiq edir.
Digər Xəbərlər
17 Aprel 2026 11:16
"İran zənginləşdirilmiş uranı bizə verməyə razılaşıb" - Tramp
17 Aprel 2026 11:03
Şaraa Antalyada Hakan Fidan və Kalınla görüşdü - YENİLƏNİB
17 Aprel 2026 10:59
Yenidən Meloninin qarşısında diz çökdü - VİDEO
16 Aprel 2026 13:49


Bakı -°C

