Müsavat qurultay üçün pul axtarır
"Qurultayın keçirilməsinə mane olan halların aradan qaldırılması üçün müxtəlif çıxış yolları var, bunlar da müzakirə olunacaq”. Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyası başqanlığına namizəd Tural Abbaslı partiyanın qurultayının keçirilməsi üçün Mədəniyyət evinin tələb etdiyi ödənişdən danışarkən deyib.
O, bildirib ki, Mədəniyyət evinin rəhbərliyilə həm qiymət, həm də qurultayın keçirilməsi üçün tələb olunan digər şərtlərlə bağlı danışıqlar aparılır: "Qurultayın yeri üçün ayrılan Səttar Bəhlulzadə adına Mədəniyyət evi fantastik rəqəmlər tələb edir – hər saat üçün 220 manat. Bakıda ən bahalı otel `Kempinski` hesab olunur, orada hər saatın qiyməti 270 manatdır. Mədəniyyət evi ilə bahalı otelin tələb etdiyi qiymətlər bir-birinə yaxındır. Bunlar hamısı müzakirə olunacaq, amma Müsavat ayın 27-də qurultay keçirməkdə israrlıdır”.
T.Abbaslı onu da qeyd edib ki, çıxış yollarından biri də pulun ianə ilə toplanmasıdır: "Bunların hamısı müzakirə olunacaq və lazım gələrsə, ianələr və üzvlük haqqı şəklində toplanması istiqamətində addımlar atılacaq. QHTK-nin növbəti iclası həftənin birinci günü olacaq”.
Digər Xəbərlər
26 Aprel 2024 21:53
İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41QƏRƏZLİ QƏTNAMƏLƏRİN YEGANƏ SƏBƏBİ QARABAĞI AZAD ETMƏYİMİZDİR
26 Aprel 2024 19:00