adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 May 2017 13:24
23622
ƏDƏBİYYAT

Musa Yaqubla görüş keçirilib

AMEA N.Gəncəvi adınaMilli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi 19 may 2017-ci iltarixdə Kürdəmir rayon Atakişili kənd orta məktəbində görkəmli Azərbaycan şairiMusa Yaqubun 80 illik yubileyi şərəfinə tədbir keçirib. Tədbirinaparıcısı AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regionalşöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı məclisiaçaraq Musa Yaqubun ana təbiətə, yurda, ulusa olan şair sevgisindən, vətəndaşduyğularından, şairin yaradıcılığındakı təbiətlə insan arasındakı qarşılıqlıünsiyyətin qabarıq ifadəsindən danışıb. Eyni zamanda, aparıcıvurğulayıb ki, MusaYaqubun fikri, duyğu və düşüncəsi, məhəbbəti, Vətənə, torpağa sevgisi də,vətəndaşlığı da onun şeirindədir. Şairin şeiri danışan yerdə özü susur.

Məclisin musiqili qonaqlarıRespublikanın Əməkdar artisti, xanəndə Elnarə Abdullayeva, Əməkdar Mədəniyyətişçisi Aşıq Əhliman Şirvanlı, III Muğam müsabiqəsinin laureatı Nigar Şabanova, AşıqElman İsmayıllı, müğənni Arzu Qarabağlı, Milli Konservatoriyanın müəllimitarizən Mehman Mikaylov öz ifa və çıxışları ilə hamıya xoş təəssürat bağışlayıblar.

Məclisdə Kürdəmirrayon mərkəzi kitabxanasının baş kitabxanaçısı Ərəstun Sadıqov və məktəblilərşair Musa Yaqubun şeirlərindən nümunələr söyləyiblər. ŞairAbduləziz Xanəhmədoğlu Musa Yaquba həsr etdiyi şeirini söyləyib.

Yubiley məclisininsonunda Musa Yaquba söz verilib. O, tədbirin təşkilatçılarına minnətdarlığınıbildiribvətamaşaçıların ona ünvanladığı sualları cavablandırıb.