Mürsəl İbrahimov Qəbələdə vətəndaşların problemlərini dinlədi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov noyabrın 6-da Qəbələ rayon şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.
Adalet.az xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Qəbulda 1 şəhid ailəsi və 5 müharibə iştirakçısı olmaqla 26 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, veteranlıq və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.
Digər Xəbərlər
06 Noyabr 2026 14:47
Naxçıvandakı pensiyaçılara şad xəbər
06 Noyabr 2026 14:44
Prezident və birinci xanım Zəngilan Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO
06 Noyabr 2026 14:26
İlham Əliyev və xanımı Zəngilanda açılışda
06 Noyabr 2026 14:13
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək - Nazir açıqladı
06 Noyabr 2026 14:02
"İslahatlar yalnız TƏBİB-in tabeliyindəki müəssisələrlə məhdudlaşmamalıdır" - Deputat
06 Noyabr 2026 13:41
İlham Əliyev və xanımı Soltanlı kəndinin birinci mərhələsinin açılışını etdilər - FOTO+VİDEO
06 Noyabr 2026 13:32
"Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı" - Hikmət Hacıyev
06 Noyabr 2026 12:41


Bakı -°C

