adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Sentyabr 2018 10:00
83376
MÜSAHİBƏ

Murad Arif: “Söyüşcül olmaq istəyirdim” - MÜSAHİBƏ


- Murad bəy, Sumqayıtda anadan olmusunuz.Uşaqlığınızı necə xatırlayırsınız? Daha çox hansı oyunu oynayırdınız? Necə biruşaq idiniz?

- Biz buna"Çijik" deyirdik, amma "Çiling-ağac" kimi də tanınır buoyun... Bundan başqa "Dava-dava", futbol, bir sözlə məhlədə nəoynayırdılarsa, bütün oyunlarda var idim. Bir balaca tərbiyyə, ədəb baxımındanməhlə dostlarımdan seçilirdim və bu mənim xoşuma gəlmirdi. Mən də onlar kimi,dalaşqan, söyüşcül, daha sərbəst olmaq istəyirdim. Hərdən məndə də alınırdı...

- Həm aparıcılıq edirsiniz, həm bəstəkarlıq, həm dəmüğənnilik. Harda özünüzü daha rahat hiss edirsiniz?

- Yazıb,oxumaq mənim üçün bir həyat tərzidir, qarşısı-alınmaz bir ehtirasdır... Aparıcılıqisə xarakterdir. Xarakter etibariylə, sual verməyi, öyrənməyi, araşdırmağısevirəm. "Musiqiçi" və ya "Aparıcı" olmağı müqayisə etməliyəmsə,daha çox peşəkar aparıcı adlandıraram özümü... Bununla belə, bəzən düşünürəmki, yazdığım "Bu şəhər ikimizə dar" və ya "Sənə ehtiyacımvar" mahnıları, xalqa daha çox lazımlıdır... Hər işimi sevərək yapıram,heç biri rahat və ya asan başa gəlmir.

- Nə vaxt özünüzdəki istedadı kəşf etdiniz. Mahnılar,aparıcılıq və s.

- Artistlikdəndanışırıqsa, mən buna "istedadı kəşf etmək" deməzdim. Bu mənimlədoğulan, içimdən gələn şeylərdir. Ağlım kəsəndən, susmuram, gecə-gündüz yazır,oxuyuram... Musiqi dəlisi bir uşaq idim. Sadəcə özümü ifadə etməyə fürsətim yoxidi... Aparıcılıq da həmçinin... Söz ehtiyatı, oxuduğun kitablar, cümlə qurmaq,sual çıxartmaq keyfiyyətləri məni mediyaya gətirdi... Sonra da,mahnılarıçıxartdıq.

- Sizin mahnılarınızı da bəzən "mövsümi mahnılar”hesab edirlər. Öz mahnılarınıza münasibətiniz necədir?

- Zaman göstərirki, arasında 8-10 il sevilən nəğmələrim var. Amma mövsümə işləmək, hit yapmaqhalva görünməsin. Sevinirəm ki, çox zaman hədəfə vururam və inanın ki,"Hit yazmaq" çox bahalı qabiliyyətdir, hər müğəninin də cibi üçündeyil.

- Bu yaxınlarda "Səni deyirəm” mahnısına sıradanxalq musiqisidir demişdiniz. Necə düşünürsünüz? Bu mahnını lağ edənlər də oldu,onun havasına qol qaldırıb oynayanlar da...

- Dediyimkimi, həmin aksiya, o taylı-bu taylı azərbaycanlıların həmrəylik fləşmobu idi. Bunapis yanaşmaq doğru deyil. Mahnı kimi də bir çox xalq mahnılarımız kimi, səthi vədərin olmayan sözlərdən ibarət, Ruhani üstündə oxunan şən motivdir. Biz bəzən hərşeyə muxalif yanaşıb, ağıllı görünmək istəyirik. Problem də budur. Mən şəxsənqıcıqlanmadım. Amma maşınımda da dinləmərəm.

- Adətən efirdə olan adamlar – müğənnilər,aparıcılar savadsızlıqda ittiham olunur. Deyirlər ki, onlar kitab oxumur,düzgün danışa bilmir. Siz isə öz intellektinizlə seçilirsiniz. Həmkarlarınızda bu hallarla rastlaşandanə hislər keçirirsiniz?

- Təəsüf ki,intellektli "selebriti" görmək nadir hadisədir. Əslində cəmiyyəthansı intelektual səviyyədədirsə, seçdiyi idollar da o tələbə cavab verir.İdollar hansı səviyyədədirsə, mediya da, gündəm də, xəbərlərin, verilişlərinmövzuları da ona uyğunlaşır... Bir az da bu səbəbdəndir ki, 4 aydır, verilişlərəçıxmıram. Bir çox həmkarlarımın yaşadığı dəyərlər, danışdığı söhbətlər vəmüzakirəyə çıxartdığı məsələlər mənə maraqlı gəlmir.

- Ümumiyyətlə, kitab oxumaq aparıcı və müğənni üçün nəqədər əhəmiyyətlidir?

- Kitab oxumayanaparıcı bir fəlakətdir. Necə ola bilər ki, sənin "əmtəən" söz ola,cümlə ola və sən kitab oxumayasan...?! Müğənniyə də vacibdir... Çünki özün dərinolduqca oxuduğun misralar da dərinləşəcək. Əks halda, quşlar da oxuyur,heyvanların da gözəl səsi çıxır də... İnsanın "fişkası" düşünmək vədüşündürməkdir axı. Məsələn, Müslim Maqomayevin ifasında "О море, море" dinləyərkən düşünürsən ki, bəlkə də Heminqueydəntəsirlənib, ya da Ayvazovskinin rəsmlərindən ilhamlanıb... Oxuyan dərindir deyə,nəğmə də dərinləşir və o dərinlik idi bütün Sovetləri, ziyalıları valeh edən.Amma indiki uşaqlardan çoxu mahnı oxuyanda, həmin dərinliyi tapa bilmirsən.Söhbət vokal gücündən, texnikadan getmir, söhbət şəxsiyyət olmaqdan gedir. Müğənnilikdədə belədir... Kitab oxumursansa, cahillərə toxunacaqsan, kitab oxuyursansaziyalılara...

- Yerli yazarlarımızı oxuyursunuzmu?

- Məktəb illərindəçox oxuyurdum. Son 10 ildir ki, dünya ədəbiyyatından ayrıla bilmirəm. Amma, dəyərliVagif Gərayzadənin tövsiyəsiylə "Əsrimizin Səşiyavuşu"-na başlamağıplanlaşdırıram.

- Türkiyədə və Rusiyada yazıçılarla dostluq edən,onları təbliğ edən müğənnilər oldu. Bizdə isə bu tendensiya yoxdur. Sizcə, beləbir təşəbbüslə çıxış etmək olarmı? Məsələn, tanınmış müğənnilərimiz gəncyazıçılarımıza dəstək olsun, onların məşhurlaşmağında rol oynasın?

- Hansısa kitabdan, əsərdəntəsirlənsəm, məmnuniyyətlə... Sadəcə, alıb hələ oxumadığım 10-larla kitab evdəməni gözləyir.

- Sonda… Hazırda nə işlə məşğulsunuz? Yeniliklərvarmı?

- Həddindın artıqevdar adamam. Ailəmlə, uşaqlarımla məşğulam. Məclis, səhnə, təcili işimolmazsa, evdən çıxmaram. Studiyada layihələrim hazırlanır... 3 yeni mahnı üzərindəiş gedir. Arıqlayıram (gülür)... Aparıcı kimi, Youtube layihəsi olan"POPUMUZ VAR" verilişi üzərində işləyirəm. Yeniklip, fotosessiya gəlir... Belə.


Söhbətləşdi: Ayxan Ayvaz