adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Oktyabr 2019 16:07
104365
MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Bəstələdiyi vəifa etdiyi fərqli, maraqlı mahnılar ilə tanınan, həmçinin aparıcı kimi də özüslubu ilə seçilən Murad Arif həmsöhbətimiz oldu.

-Prodüsser,aparıcı, bəstəkar, müğənni... Bunların hamısını bildik. Bəs təhsiliniz hansıixtisas üzrədir?

-Beynəlxalqİqtisadi Münasibətlər.

-Təhsilinizə rus bölməsində başlayıb daha sonra Azərbaycanbölməsinə keçmisiniz. Buna səbəb nə olub?

-Səhvetmirəmsə, Əbülfəz Elçibəyin dövrü idi və o dövrdə insanlar arasında çoxmaraqlı və gözəl özünəqayıdış prosesi yaşanırdı. Orta məktəblərdə öz dilimizdədəsrliklər çıxmağa başladı. "Rusçuluq”, rusçuluğa tutunmaq kimi fikirlərarxaikləşdi. O dönəmdə anam narahatolmağa başladı ki, ölkəmizdə rus dili tamamən lazımsızlaşar və mən ali təhsilala bilmərəm. Bunun peşmanlığını çox yaşadım, çünki rus bölməsində şagirdlərarasında tamam fərqli münasibət var idi, istilik, doğmalıq, ailə abu-havası varidi. Azərbaycan bölməsində isə hər şeydaha sərt idi. "Çalıquşu” filmindəki Fəridə obrazının yaşadığı kimi, öyrəşdiyimmühitdən, tamam fərqli mühitə, mədəniyyətin içinə düşmüşdüm. Sonradan o mədəniyyətidə sevdim və indi də həmin Azərbaycan bölməsindəki sinif yoldaşlarımın arasındadostluq etdiklərim var. Amma mərhumiyyətlər də var idi. İlk dəfə söyüşləri orda eşitdim.


-Xasiyyətinizə, xarakterinizin formalaşmasına necə təsiretdi bu?

-Anamınbu qərarının nəticələrini mən yaşadım. Övladlar çox vaxt valideynlərinin qərarlarınınnəticəsini yaşayırlar. Bir tərəfdənyaxşı oldu ki, bundan sonra hər şəraitə, hər mühitə daha rahat adaptasiyaolmağa başladım.

Məsələn, yadıma düşür, ali məktəbdə oxuyanda Bakı-Sumqayıtavtobusunda fərqli adamlarla yol gedirdim və artıq onlarla "can brat” olmuşam.Yəni mən buqələmun olmağı bacarıram, amma kimliyimə xəyanət etməyərək.

-İxtisasınız Beynəlxalq Münasibətlər idi, şou aləminənecə gəldiniz?

-Anam"Kişi nədir, artist nədir?!” dedi deyə bu ixtisası seçdim. Mənim uşaqlıqdanmusiqiyə böyük həvəsim olub. Hər iki bacım musiqi məktəbini bitirib, amma mənəicazə vermədilər. Dedilər get bank işçisi ol, menecer ol, əlin pulla oynasın.

-Oynamadı?

-Oynadı!Amma iqtisadiyyatdan yox, artistlikdən oynadı! (gülür)

-Prodüsserliklə başladınız, ya necə?

-Xeyr.2001-ci ildə "Space” radiosunda DJ-lik, sonra TV aparıcılığı, prodüsserlik(Ayaz, Elton, Xəyyam) və nəticədə mahnı müəllifliyi. Mən yazdım, hamı oxudu,mahnılarım "hit”ə çevrildi, tutdu və günlərin bir günü dedim ki, qoy arıqlayım,özüm də oxuyum da.

-Bu 4 sahədən hansını daha çox sevirsiniz?

-Busualı 2-3 il qabaq versəydiniz, düşünmədən müğənnilik deyərdim. İndi müğənnilikdəməqsədimə çatıram deyə "Popumuz var” verilişi daha çox dəyərlidir. O verilişin mopntajçısı da, operatoru da,işıqçısı da, ssenaristi, redaktoru, aparıcısı da özüməm. Yəni hansısatelekanalda 15 adamın ştatla gördüyü işi tək başına edirəm və 15 ildə apardığımheç bir verilişdən almadığım reaksiyanı məöhz elə bu verilişdən görürəm.Hal-hazırda "Popumuz var” ölkənin ən əsas media layihəsidir.


-Kanallardan niyə imtina etdiniz?

-Çünkimən aparıcısı olduğum verilişlərə tamaşaçı gözüylə baxdım və gördüm ki, mənə bu verilişlərmaraqlı deyil və bir tamaşaçı kimi mənə nəyin maraqlı olduğunu düşündüm. YuriDudun sırf "Youtube” üçün hazırladığı verilişlərdən də ilhamlanaraq "Popumuz var” verilişini yaratdım.

-İndi müğənnilər niyə əvvəlki kimi qalıcı şöhrət vəsevgi qazana bilmirlər? Bir anlıq parlayıb sönürlər. Məsələn, indi heç kim FaiqAğayev ola bilməz.

-Sizin bu fikrinizdə Faiq Ağayevin möhtəşəmliyinə və əvəzolunmazlığına eyham var və mən bununlamübahisə edə bilmərəm, amma istəyərdim ki o möhtəşəmliyin nədə olduğunu mənəizah edəsiniz.

-Bu möhtəşəmlik özünü insanların sevgisində biruzəverir. Onların fanat kütləsi, heyranları, pərəstişkarları oldu, amma indiki müğənnilərdəbu olmur.

-Buhəmin sənətçilərin möhtəşəmliyindən çox, dövrlərin fərqləri ilə bağlı olan birşeydir. Onu deyim ki, həmin sənətkarlar indiki dövrdə sənətə gəlsəydilər, onlarüçün də çətin olardı. Çünki o vaxt elə idi ki, sənətçinin çıxışındaekskluzivlik yarana bilirdi. Medianın azlığı, mediadakı "şou” vaxtının azlığı osahəyə marağı da artırırdı. İndi isə həm media vasitələrinin çoxluğu, internet,sosial şəbəkələr həmin qalıcı ajiotajın yaranmamasına səbəb olur. Bir də kiyenilik çox vacib məsələdir. Yeni nəsə, fərqli nəsə mütləq olmalıdır. Keçilmişcığırlarla gedərək o reaksiyanı yaratmaq olmaz.

-Sizcə, sizdə bu fərqlilik, yenilik var?

-Yox.Etiraf edirəm ki, onlar qədər inqilabi yeniliyə malik deyiləm. Amma... FaiqAğayev də, Zamiq də, Rəhim Rəhimli də, mən də, eyni vaxtda, təxminən 1988-də, əlimizdəolanlarla səhnəyə çıxsaydıq, mənzərə necə olardı? Bunu heç kim deyə bilməz.Dövrün diqtə etdiyi gerçəklər var. 1980-ci illərin sonunda gələn Faiq Ağayev,Aygün Kazımova, Samir Bağırov, "Karvan” və digərləri özlərindən əvvəl olanlarıtəkrarlamadı. Mən isə heçnəyi dəyişmədim. 10 il qabaq başqalarına yazdığımmahnıları özüm üçün yazıb oxumağa başladım.

Digər məsələ dəhəmin dövrün bəstəkarları idi. Eldar Mansurov, Mikayıl Vəkilov, CavanşirQuliyev, Vaqif Gərayzadə kimi nəhəng bəstəkarlar var idi və onlara xarizmatik,oxuyan, gənc personajlar lazım idi.

Bəhs etdiyiniz inqilabda payıolan adamlar, 18 yaşlı təcrübəsiz cavanlar yox, onları yönəldən bəstəkarlarıunutmamalıyıq. Hansılar ki, özlərindən əvvəlki qəlibləri MUSİQİLƏRİ iləsındırırdı. Onlara da, sadəcə həmin gənclərin timsalında istedalı və həvəsli materiallazım idi...

88-dəGərayzadənin 27, Mansurovun 36, Quliyevin 38.. Sovet məktəbi üzərindəformalaşmış, kifayət qəfər yetkin, təcrübəli adamlar idi. Formalaşmış dövründüzənini dəyişmək vaxtı idi. Ölkə dəyişirdi... belə olan halda, İctimai-siyasicərəyanların musiqiyə gəlməməsi, absurddur. Siz musiqi zövqlərinin, ölkədəkiproseslərdən ayrı tutmayın. Bu bəstəjarların sayəsində də bu inqilab musiqidəbaş verdi. Bu gün nə, niyə və necə baş versin? Dərinə baxın, dərinə gedin. ƏgərKino rejissor sənətidirsə, musiqi də bəstəkar sənətidir. Aktyorlar vəmüğənnilərlə olmur. Mphtəşəm səsli bir Elnur Hüseynovu götürün... Dillərə əzbərolan ŞLYAGER yazılmayınca, ondan Faiq, Aygün, Zülfiyə necə alınacaq?

-Siz yenilik edə bilməzsiniz?

-Zamanındamüəllifi olduğum "Almalarınla”, ya da "Ay qız, oyan” mahnıları özüm oxusaydım,ajiotaj yaratmış olardım.


-Mahnılarınızı ən ucuz neçəyə satmısınız?

-İldənilə fərq var da. 2004-cü ildə 1500-2000 manata satmışam. Axırıncı dəfə Röyayasatmışam, amma onun deyilən qiyməti ilə əsl qiymət arasında fərq var deyəaçıqlamayacam. İndi isə məndən mahnı istəsələr, 9-10 min manat deyərəm, ammasatmaq fikrim yoxdur.

-İnsanların ədəbiyyatı bir kənara qoyub mahnılaraqurşanmağını necə qarşılayırsınız?

-Əlbəttəki, pis. Kitab oxumaq mütləqdir, vacibdir. Kitab barədə saatlarla danışaram.Uşaqlıqdan ədəbiyyatla böyümüşəm. Kitab oxunulmayan cəmiyyətdən heç nə gözləməkolmaz, amma biz "manıs”ların kontekstindənbaxanda, əcəb edirlər, yaxşı edirlər! (gülür)

Söhbətləşdi:Ulucay Akif