Multikulturalizm Mərkəzinin rəhbəri Malayziyada İslamofobiya tədbirində məruzə ilə çıxış edib

İyulun 17 və 18-də Malayziyanın Kuala Lampur şəhərindəki Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutunda (ISTAC-IIUM) “İslamofobiya və Təhsil” mövzusunda beynəlxalq dəyirmi masa keçirilir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov beynəlxalq dəyirmi masada məruzə ilə çıxış edib və tədbirin 2-ci günü isə “Birgə tərəfdaşlıqların araşdırılması” mövzusunda bölmə iclasının moderatorluğunu həyata kecirəcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Malayziyaya işgüzar səfəri çərçivəsində Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüşdə iştirak edib. Görüşdə Baş nazirlə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Eyni zamanda, görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təcrübəsinin təbliğ olunması və islamofobiya ilə mübarizədə Mərkəzin fəaliyyətinə də xüsusi diqqət yetirilib. Tədbirdə Malayziyada keçirilən "İslamofobiya və Təhsil" adlı dəyirmi masanın Azərbaycan, Malayziya, Pakistan, Türkiyə, Böyük Britaniya, ABŞ və İndoneziyadan olan digər iştirakçıları, alimlər və mütəxəssilər da qatılıblar.
Qeyd edək ki, görüşün məqsədi İslamofobiya və təhsillə bağlı işçi qrupunun yaradılmasıdır. Qrup islamofobiyanın universitet nizamına uyğun olaraq təhsil sahəsinə çevrilə biləcəyini araşdıracaq. Tələb olunan kursların əhatə dairəsi, onları tərtib edilməsi, İslamofobiya təhsilini sistemli və strukturlaşdırılmış şəkildə inkişaf etdirmək və sonra bu kursu dünya universitetlərində tətbiq etməkdir. İdeya islamafobiya təhsilini sistemli və strukturlaşdırılmış şəkildə inkişaf etdirmək və bu kursu dünya universitetlərinə təqdim etməkdən ibarətdir.
Digər Xəbərlər
25 Oktyabr 2025 10:20 Vahid Novruzov teatr xadimləri ilə görüşdü - FOTOLAR
24 Oktyabr 2025 12:55 Cəbrayıl şəhərində "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" fotosərgisi və "Bura mənim evimdir" filminin təqdimatı keçirilib
23 Oktyabr 2025 12:12 Əməkdar artist: “Onunla elə dərdləşirəm ki, sanki…”
22 Oktyabr 2025 17:00 “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - FOTO
22 Oktyabr 2025 16:19 Zəfər haqqında növbəti tamaşa
22 Oktyabr 2025 14:20 Nağılvari film və ya “Sehrli xalat”- Əntiqə Kərimzadə yazır…
22 Oktyabr 2025 11:10 İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında - FOTOLAR
21 Oktyabr 2025 12:50 

Bakı -°C 







