Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Bu barədə Adalet.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik edib, onlara Vətənə xidmət yolunda uğurlar arzulayıblar.
Tədbirdə qeyd olunub ki, Ümummilli Liderin uzaqgörən siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi, 24 saatdan az davam edən lokal xarakterli antirerror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu.
Çıxış edən gənc əsgər Rəhman Mehman oğlu Hüseynli hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərini, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmişlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərini, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərini bildirib.
Əsgər valideynləri Mehman Hüseynov və Ramin Əliyev çıxışlarında gənc əsgərlərin hərbi and içməsinin sonsuz qürur mənbəyi olduğunu diqqətə çatdıraraq, onların Vətənə layiqli xidmət göstərməsində, hərbi hazırlığında zəhməti olan hər kəsə minnətdarlıqlarını çatdırıblar.
Gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Digər Xəbərlər
08 Dekabr 2025 17:27
"Təhlükəli havanın proqnozlaşdırılması üçün radar sistemləri quraşdırılıb" - Nazir müavini
08 Dekabr 2025 17:10
Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri
08 Dekabr 2025 16:47
Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edildi
08 Dekabr 2025 16:15
“Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırılıb - VİDEO
08 Dekabr 2025 15:17
Baş Prokurorluq rəsmisi BMT-də Azərbaycandakı antikorrupsiya islahatlarından danışıb
08 Dekabr 2025 15:11
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçdi
08 Dekabr 2025 13:01
"Biz istəmirik mediamızı cərimə edək, amma başqa çıxış yolumuz yoxdur" - İsmət Səttarov
08 Dekabr 2025 11:56


Bakı -°C

