"MughamArt" layihəsi

Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğam milli sərvətimizdir. Mərhəmət, vətənpərvərlik, milli ləyaqət hissi muğam fəlsəfəsinin əsasıdır.
Musiqimizin dəyərli nümunəsi olan muğamın qorunması,yaşadılması və dünyaya tanıdılmasında Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var.Bu xidmətlər sayəsində gənclərin milli musiqimizə böyük maraq və həvəsi olduqca artmışdır.
27.04.2017 tarixində ADA Universitetində "MughamArt" layihəsi çərçivəsində "Muğam Məclisi" təşkil edilmişdir.Mühazirə xarakterli tədbirdə əməkdar incəsənət xadimi, görkəmli musiqişünas Aydın Əzimov və qəzəlxan şair Hacı Arif Buzovnalı tələbələrə Azərbaycan muğamının tarixi və mədəniyyətimizdəki rolu barəsində dəyərli məlumatlar vermişlər. Bundan əlavə Azərbaycan Milli Konservatoriyasının tələbələri, Muğam Müsabiqəsinin qalibləri,gənc tarzən Elnur İbrahimov və kaman ifaçısı Rəcəb Əhmədov öz ifaları ilə çıxış etmişlər. "MughamArt" layihəsi ADA Universitetinin bir qrup tələbəsi- Əli Qasımzadə, Əlibəy Camalov, Kənan Əzimov, Edmon Alcanzadə Rza Nagıyev tərəfindən həyata keçirilməkdədir. Layihənin əsas məqsədi tələbələr arasında muğama olan diqqəti artırmaq və muğamı sevdirməkdir.
Digər Xəbərlər

TƏBİB-dən Arif Babayevin son durumu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi qeyd olunur - FOTOLAR

Sumqayıt Dövlət Dram Teatrında "Ölməz" tamaşasına ictimai baxış keçirilib

Aktyor okeanda boğuldu

Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb – FOTOLAR

"AĞDAM VƏ MƏN" - "Ağ Damlı Adam" - Aqil Abbas haqda portret film - VİDEO

Liderlər Bülbülün ev-muzeyində - FOTOLAR
