adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Noyabr 2019 09:40
28409
ŞOU-BİZNES

Müğənnilər arasında “Çikantaro” QALMAQALI

"Ayan böyük-kiçik bilmir. Ondan neçə bayramböyüyəm. ELə söz var ki, onu mənə demək olmaz. O elə edir ki, elə bil o, anadır, mənonun balasıyam. Qışqırır üstümə. Mən də sözgötürməyən adam. Sözgötürənolsaydım, gedərdim ailə qurardım, ərimin sözünü götürərdim. "Ay qız, bu nədanışır” deyirdi. Dedim ki, qarşındakı "Çikantaro” deyil. Sözümü onun qulağınadedim”.

Adalet.az xəbər verir ki, müğənni Xatun Əliyeva həmkarı Ayan Babakişiyevanı saymazlıqdagünahlandırıb. O, "ATV maqazin onlarla” proqramının "Ruslanla 33 sual”rubrikasına qonaq olakən bu fikirləri səsləndirib.

A.Babakişiyeva cavabı çox gözlətməyib. Beləki, "Xəzər” TV-də yayımlanan "Hər şeydaxil” proqramında elə bir söhbətin olmadığını vurğulayıb:

"Birincisi, efirdə o sözü deyibsə, onumikrofonda deyərdi. Elə bir söhbət ola bilməz. Mənim qulağıma heç kim söz deyəbilməz. Bir neçə müddətdir dönmüşəm. Gücüm də, mədəniyyətimi də, tərbiyəmi də dəfələrləsübut etmişəm. Qulağa dediyi söz açıq mikrofonda deyərdi. Bizim sadəcə telefondanışığımız olub. Mən heç kimə sərhəddi aşmağa icazə vermərəm, mən də o sərhədiaşmaram. Düz deyir, Xatun məndən böyükdür.Ona uğurlar arzulayıram”.


Əntiqə Rəşid