Müğənni Şakira vergidən yayındığı üçün mühakimə olunacaq
Kolumbiyalı müğənni Şakira 14,5 milyon avro gəlir vergisini ödəmədiyinə görə rəsmən mühakimə olunub.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyada təxminən 15 milyon avro vergidən yayındığı üçün mühakimə olunan dünya şöhrətli müğənni Şakiranın 8 il həbs cəzası istənilib.
Məhkəmə bu gün kolumbiyalı pop müğənni Şakiranın vergidən yayınma ittihamı ilə işini təsdiqləyib.
İspaniya prokurorları məşhur müğənninin 2012-2014-cü illərdə 14,5 milyon avro vergidən yayınma ittihamı ilə 8 il 2 ay həbs və cərimə oluna biləcəyini bildirib.
Məhkəmənin vaxtı hələ müəyyən edilməyib.
Qeyd edək ki, may ayında Barselona Məhkəməsi İspaniyada yaşadığı müddətdə 2012-2014-cü illərdə qazandığı gəlirləri gizlədib. O, 14,5 milyon avroluq vergidən yayınmaqda günahlandırılıb. Lakin Şakira bu etirazları rədd etmiş və 6 fərqli ittihamla mühakimə olunmasına qərar vermişdi.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
18 Sentyabr 2026 20:00
100 il əvvələ qayıdırıq
18 Sentyabr 2026 17:33
"Sənin kimi sənətçi ilə tanış olmaq mənə şərəfdir" - Alim Qasımovdan Üzeyir Mehdizadəyə
18 Sentyabr 2026 13:17
"And içmişəm, hamısının adını sadalayacağam"
18 Sentyabr 2026 10:36


Bakı -°C

